İordaniya krallıq İslami Strateji araşdırmalar mərkəzi 2012-ci il üçün dünyanın ən nüfuzlu 500 müsəlmanının siyahısını açıqlayıb.
İslam.az-ın "qafqazinfo"ya istinadla verdiyi xəbərə görə, artıq 4-cü ildir hazırlanan siyahıda 4 azərbaycanlının da adı var. Onlar, Azərbaycan prezidenti İlham Əliyev, bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə, ilahiyyatçı-filosof İlqar İbrahimoğlu və mahir muğam ifaçısı Alim Qasımovdur.
Qeyd edək ki, prezident İlham Əliyyev siyahıya “Siyasət” kateqoriyasından daxil olub. Şeyxulislam Allahşükür Paşazadə və ilhaiyyatçı İlqar İbrahimoğlu siyahının “Təhsil”, müğənni Alim Qasımov isə “Mədəniyyət və İncəsənət” kateqoriyasında qərarlaşıblar.
Siyahının ilk 3 sırasında 1-ci yerdə Səudiyyə Ərəbistanı kralı Abdullah bin Əbdüləziz əs Səud, 2-ci yerdə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, 3-cü yerdə isə Mərakeş kralı VI Məhəmməd var.