POPULYARXƏBƏRLƏR

Fələstinlilər saf-çürük edir: dostlar və...

Qəzzada atəşkəsdir. Fələstinlilər küçələrə çıxaraq, bayram edirlər. Əlbəttə, xəritədə çox çətinliklə tapılan bu torpaqlara artıq İsrailin raket və bomba zərbələri endirməyəcəyinə inanmaq sadəlövhlük olardı.

Qahirədə imzalanan atəşkəs sənədindən sonra fələstinli ata və anaların İsrailin növbəti avia-hücumundan sonra südəmər körpələrinə bir daha yas tutmayacaqlarına inanmaq da olmaz. Təbii ki, əksəriyyət bunu çox gözəl anlayır. Amma yenə də Qəzzada bayram əhval-ruhiyyəsi hökm sürür. Niyə?

Təcavüzkar qarşısına qoyduğu məqsədlərə nail olduğunu bəyan etsə də, Qəzzanın gözlənilməz cavabı, xüsusən də “Fəcr” raketlərinin Təl-Əvivi lərzəyə gətirməsi İsrailə əsl şok yaşatdı. Müəyyən mənada atəşkəsin belə tələsik bərqərar olması elə bununla izah olunur. İsrail anladı ki, quru qoşunlarını Qəzzaya yeritsə, 2008-ci ilin qışında başladığı təcavüz kampaniyası ilə müqayisədə qurbanların sayı xeyli çox olacaq. Odur ki, fələstinlilərin sevinclərinə əsas var: bu dəfə düşmənin “isti aşına soyuq su qatıldı”. Bəli, kimsə etiraz edə bilər: itkilər, demək olar ki, tərs mütənasibdir. Amma nəzərdən qaçırmaq olmaz ki, fələstinlilər on illərdir İsraillə mübarizə aparır və bu mübarizədə böyük şücaət və təcrübə əldə ediblər. Nə qədər qəribə, bəlkə də bəşəri dəyərlərə zidd səslənsə də, Qəzzada gözlənilmədən yaxınlarını – atalarını, analarını, övladlarını itirməyə alışıblar. İsraillilər üçünsə bu yeni bir hissdir, yeni səhifədir: "Axı bu necə oldu? Dəhşətə bir bax, “Fəcr” raketləri Təl-Əvivi vurdu!" Yeri gəlmişkən, “Fəcr”lər haqqında.

Atəşkəs haqqında sənədin imzalanmasından bir qədər sonra Fələstin İnformasiya Mərkəzinin saytında “İrana, Suriyaya və “Hizbullah”a təşəkkür” başlığı altında məqalə dərc olundu. Artıq başlıqdan hər şey bəllidir. Amma birinci abzasa diqqət yetirək: “İranı sevib, ya sevmədiyimizdən, onlardan xoşlanıb, ya zəhləmiz getməsindən asılı olmayaraq, bir obyektiv reallıq var. O isə bundan ibarətdir: birincisi, Allah müvəffəq etməsəydi, Qəzza belə dözümlülük nümayiş etdirərək sionist düşməni alçalda bilməzdi. İkincisi isə, bu İran, Suriya və “Hizbullah” hərəkatının yardımı olmadan reallaşa bilməzdi. Onlar bizə hərbi kadrların təlimində, silahlanmada və döyüş təcrübəsinin aşılanmasında əvəzolunmaz yardım etdilər, eyni zamanda maliyyə dəstəyi göstərdilər”.

Buna nə kimi şərh vermək olar? Faktiki olaraq, hamıya bəlli həqiqət bir daha təsdiqini tapdı. Məqalədə daha sonra deyilir: “İndi ərəb dünyasında bir çoxları sionist təcavüzünü pisləyir. Amma onların təəssübü əksər hallarda yalandan savayı bir şey deyil. Onlar Fələstin Müqavimətinin sionist zərbələri altında çökməsini nə qədər arzulayırdılar!”.

Bəli, ABŞ və İsrail növbəti dəfə xarici siyasətlərinin düzgünlüyünə əmin oldular: hər şey İrana qarşı! Nə baş verir versin, itkilərdən asılı olmayaraq onlar İranı diz çökdürməyə çalışırlar. Əks halda planetin qlobal özəlləşməsi planını qeyri-müəyyən müddətə təxirə salmaq lazım olacaq.

Sonda isə, bizə ünvanlanacaq iranpərəstlik ittihamlarını qabaqlayaraq deyək: bunları biz söyləmədik, bunları fələstinlilər söylədilər. Bu onların minnətdarlığıdır. Əlbəttə ki, biz müzakirələrə qatıla bilərik: kim Qəəzaya yardım edir, kim etmir, dost kimdir, düşmən kimdir. Lakin biz bu müzakirələri avtomatın lüləsinə deyil, rahat masa arxasında əyləşib monitora baxaraq aparırıq. İsrail avtomatlarının lüləsinə mərdanə baxanlar, yəqin ki, bu məsələdə bizdən daha peşəkar olarlar. Onlar dostu düşməndən və kənar müşahidəçidən seçməyi bacarırlar. Odur ki, bu məsələdə biz fələstinpərəstik. Heç bir iranpərəstlikdən də söhbət gedə bilməz.



Yerləşdirilib:23 Noyabr, 2012  18:27, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 3
Müəllif: Nazim | 23 Noyabr, 2012  20:03
# Ответить
+5


]]>]]>

Salam aleykum.Men raziyam bu izahatla cunki muselmanlarin birliyi qelebenin mutleqliyini subut etdi.Muselmanin bashda Allah olmaqla muselmandan savayi dostu yoxdur munafiqleri nezere almasaq.Ereb olkelerinin bezilerinin nakimiyeti munafiqlerin elinde olmasi hec kese sirr deyil.Eger munafiqler islam dushmenlerinin elinde alet olmasaydi muselman birliyinin qarshisinda dayana bilecek bur quvvenin olmasi mumkunsuzdur.Tessufler olsun ki ozlerini yalandan muselman gosteren munafiqler islam dushmenlerinin elinde alete cevrilib esl muselmanlarin cismini doqramaqda onlara dolayisi yolla komek etmekle meshquldurlar lakin onlarin Allaha baqli ruhunu doqramaq mumkunsuz.Muselmanlarin vehdeti dunyada haqq ve edaletin berqerar olmasina zemanetdir elbetde ki Sahibezamanin(s) rehberliyi altinda qeybde olmasina baxmayaraq.Meqale ucun teshekkur.
Müəllif: Rugeyya | 23 Noyabr, 2012  22:51
# Ответить
+5


]]>]]>

Salamun aleykum.Mən İrani sevirəm və gözəl anlayiram ki,müsəlmanlarin amanda olmasinda İranin çox böyük rolu var.Ona bir şey olsa bütün müsəlmanlara da növbə çatacaq.Bunu üçün də sevən də dəstəkləsin sevməyən də.
Müəllif: Samin | 24 Noyabr, 2012  08:29
# Ответить
+3


]]>]]>

Mən iranpərəst deyiləm. Hərçənd şiəyəm. Düzü, bəlkə də İranı heç sevmirəm, ermənilərlə qardaş olduğuna görə. Amma Rüqəyyə bacı ilə razıyam. Tamamilə
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com