POPULYARXƏBƏRLƏR

Hər şeyin “narıncı” olmadığını aşkarlayan sorğu

Bu gün "Azərbaycanda İslam: mövcud reallıqlar və ictimai rəy” mövzusunda aparılmış sosioloji sorğunun nəticələri açıqlanıb və bir sıra düşündürücü rəqəmlər ictimaiyyətin müzakirəsinə verilib.

Qeyd edək ki, 2012-ci il 20 may – 15 iyun tarixində keçirilən sorğuya Azərbaycanın müxtəlif bölgələrindən 1500 nəfər cəlb edilib. Konkret rəqəmlərə keçid almazdan əvvəl qeyd etmək lazımdır ki, sorğu bir daha bəlli faktı təsdiqlədi: Azərbaycan əhalisinin böyük əksəriyyətinin qəlbində Allah xofu mövcuddur. Baxmayaraq ki, Allahın buyurduqları vacibatları yerinə yetirmək sahəsində qeyri-ciddiliyə yol verilir. Bu qeyri-ciddilik özünü nədə biruzə verir? Məsələn, respondentlərin 30,2%-i özünü “Allaha dərindən inanan”, 66%-i isə “İnanan” kimi təqdim edib. Özü də bunların 96,8%-i müsəlman olub. Lakin... Eyni zamanda “hər gün mütəmadi namaz qılan” (yəni Allahın buyruqlarına boyun əyən) sorğu iştirakçılarının sayı vur-tut 10,9%-dır. Bu da artıq 21 ildir ki, müstəqillik qazanan bir ölkə üçün olduqca aşağı göstəricidir. Respondentlərin 57,6%-i isə ümumiyyətlə namaz qılmır. Yəni “Allaha dərindən inanan” insan Tanrının əmrini yerinə yetirmir.

Buna paradoks da demək olardı. Lakin gün kimi aydındır ki, Azərbaycan əhalisinin böyük əksəriyyəti dini sahədə səthi biliklərə malikdir, yaxud da ki, ümumiyyətlə bu sahədə tam naşıdır. Burda da qeyri-adi heç nə yoxdur. Çünki respondentlərin 27,2%-i əsas dini informasiya mənbəyi kimi TV-ni, 34,4%-i ailə üzvlərini, qohumlarını, dostlarını, 34,2%-i isə dəfn mərasimlərini göstərib. Quranı dini informasiya mənbəyi kimi sorğuda iştirak edənlərin yalnız 16%-i qeyd edib. Oruc tutanlarla bağlı məlumat da düşündürücüdür. Məsələn, respondentlərin yalnız 17%-i hər il bir ay oruc tutur (“Allaha dərindən inananlar”la müqayisə edin), 50,4%-i isə nəinki tutmur, heç bunu planlaşdırmır da. Məscidə gedənlərlə əlaqədar sorğunun nəticələri də ürəkaçan deyil. Məsələn, respondentlərin 42 faizi ümumiyyətlə Allah evinə getmir, 32%-i yalnız Məhərrəm ayında və ya Aşura günü gedir, 12% isə hərdən nəzir vermək üçün yolunu məsciddən salır. Bir sözlə, Azərbaycan əhalisinin böyük əksəriyyətinin dini maariflənməsinə ciddi ehtiyacı var.

“Orta məktəblərdə baş örtüyünə münasibət” bölməsinə də qısaca nəzər salaq. Nədənsə sorğunun nəticələrini bəzi KİV respondentlərin böyük hissəsinin buna etiraz etmədiyi kimi dəyərləndirib. Hərçənd, sorğuda iştirak edənlərin 46%-i “Orta məktəblərdə baş örtüyündən istifadə yolverilməzdir”, yalnız 13,8%-i isə “Bu məsələdə şəxsi azadlığa hörmətlə yanaşılmalıdır” cavabını verib. Respondentlərin 40,2%-ini isə bu məsələ ümumiyyətlə narahat etmir, yəni onlar üçün bu problem sadəcə mövcud deyil. Bu rəqəmlər, əlbəttə ki, statistik göstərici kimi dəyərləndirilə bilməz, bu 1500 nəfər arasında aparılan bir sorğudur. Ancaq hər halda hicabla bağlı əhalinin mövqeyini sırf narıncı çalarlarla təqdim etmək də düzgün deyil. Sorğu göstərdi ki, bu gün hər bir dindarın üzərinə çox ciddi məsuliyyət düşür – həmvətənlərini İslam haqqında maarifləndirmək, elementar bilikləri aşılamaq, bu gün çox aktual olan hicabın mahiyyətini anlatmaq.

Sonda isə bir daha qeyd etmək istərdik ki, bütün bu rəqəmlərin statistikaya heç bir aidiyyatı yoxdur (təəssüf ki, bəziləri bunu məhz belə səciyyələndiriblər). Bu sadəcə bir sorğudur və onun nəticələrinin saxtalaşdırılmasını güman etməyə heç bir əsasımız yoxdur.



Yerləşdirilib:13 Noyabr, 2012  22:51, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 1
Müəllif: xedice | 13 Noyabr, 2012  20:27
# Ответить
+1


]]>]]>

Allah razi olsun saq olun
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com