Abdullah ibn Məsud rəvayət edir ki, hərbi yürüşlərin birində Peyğəmbərlə birlikdə idik. Allah Rəsulu qısa bir müddətə bizdən ayrıldı. Bu arada biz iki balası ilə yuvasında oturmuş quş gördük.
Quşun balalarını yuvadan götürdük. Ana quş başımızın üstündə həyəcanla uçur, hərdən özünü balalarının yanına çatdırıb çırpınırdı. Peyğəmbər yanvmıza qayıtdı, bu hadisəni görəndə buyurdu: «Kim bu quşun balasını götürməklə ona zülm edib? Tez bunun balasını özünə qaytarın!» Sonra Peyğəmbər bizim yandırdığımız qarışqa yuvasını gördü, soruşdu: «Bunu kim edib?». Cavab verdik: «Biz etmişik». Peyğəmbər buyurdu: «Cəhənnəmin sahibindən (yəni Allahdan) savayı heç kimə yaraşmaz ki, başqasına alovla əzab versin».
(Sünənü Əbu Davud, Kitabül-cihad, bab 112, hədis 2675).