Həzrət Məhəmməd (s) buyurub: "Həqiqətən Allah-taala hər gecə dünya asimanına, gecənin son üçdə bir hissəsində, cümə gecəsi isə gecənin əvvəlində bir mələk nazil edib əmr edir ki, nida edib desin:
"Bir şey istəyən varmı ki, istədiyi şeyi əta edəm? Bir tövbə edən varmı ki, Mən onun tövbəsini qəbul edəm? Günahlarının bağışlanmasını istəyən bir şəxs varmı ki, Mən onun günahlarını bağışlayam?".
(Cümə gecələrinin yuxusu Həsrət yuxusu adlandırılıb. Çünki qiyamət günü cümə gecələrini yatıb yuxuya qalanlar həddindən artıq təəssüflənərlər.)