Əsrlər boyu Azərbaycandan olan görkəmli teoloqlar və din xadimləri müasir cəmiyyətdə örnək olublar.
İslam.az-ın SalamNews-a istinadən verdiyi xəbərə görə, bunu Təbriz Universitetində çıxışı zamanı İran İslam İnqilabının Ali liderinin qardaşı ayətullah Seyid Məhəmməd Xamenei bildirib.
Onun sözlərinə görə, görkəmli dini liderlər islam cəmiyyətinin dirəyidirlər: “Tanınmış dini liderlər ideal axtarışında olan gənclər üçün kumir olmalıdırlar. Qanun, əxlaq və biliyin dinin üç vacib əsasıdır. Müasir cəmiyyətdə onların əhəmiyyəti böyükdür".