Rusiya paytaxtında möminlər müsəlmanların Qədir-Xum bayramını qeyd ediblər.
İslam.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, bununla əlaqədar möminlər bayram yığıncağı təşkil ediblər. Tədbirlərdə çıxış edənlər Qədir-Xum bayramının mənası, onun İslamda yeri və əhəmiyyəti, mənəvi-etik aspektlərindən və digər xüsusiyyətləri barədə danışıblar.
Bundan başqa, çıxışlarda imam Əli (ə), onun həm dünya tarixində, həmçinin İslamda şəxsiyyətinin böyüklüyü və əhəmiyyəti barədə söhbətlərə xüsusi yer verilib.