İran Həcc qaydalarının dəyişdirilməsini istəyir.
İslam.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, İranın ali dini lideri, ayətullah Əli Xamneyinin Həcc işlərindən məsul nümayəndəsi, höccətülislam Əli Qazi Əsgər Səudiyyə Ərəbistanı rəhbərliyinə Həcc əsnasında cinsi ayrı-seçkilik tətbiq etməsini təklif edib.
Onun sözlərinə görə, həcc mərasimi və Kəbə təvafı əsnasında kişilər və qadınlar ayrı olmalıdırlar: “Kəbə təvafı əsnasında tətbiq olunacaq cinsi ayrı-seçkilik həm kişilər və qadınlar arasında ortaya çıxacaq bəzi problemlərin qarşısını alar, həm də hacılar üçün təvaf hadisəsinin mənəviyyatını artırmış olar”.
Ə.Q.Əsgər Səudiyyə Ərəbistanından Həcc ziyarətinə qatılanların sayının artmasını da sərt tənqid edib: "Səudiyyə Ərəbistanından bu il təxminən bir milyon adam Həcc ibadətinə qatılıb. Səudiyyə Ərəbistanı hacılarının artması aralarında Türkiyə və İranın da olduğu digər İslam ölkələrinin kvotasının azalmasına səbəb olur”.