POPULYARXƏBƏRLƏR

Hikmətli sözlər (153-cü hissə)

Bir qoca kişi oğlu ilə birlikdə Həzrət Mühəmməd Peyğəmbərin (s) hüzuruna gəldi, göz yaşları içində söylədi: Ey Allahın Rəsulu! Bu mənim oğlumdur. Əli çörəyə çatana kimi onu bəsləmişəm, hər zəhmətini çəkmişəm.

Allaha şükr ki, indi vəziyyəti pis deyil, büğda, arpa, xurma ilə dolu anbarları var, çoxlu qızıl-gümüşü var. Indi daha qocalmışam, ona möhtacam. Amma oğlum mənə baxmır, bir qab yemək də vermir.

Peyğəmbər qocanın oğlundan soruşdu ki, niyə atanın ehtiyacını ödəmirsən? Oğul cavab verdi: Mənim pulum, var-dövlətim ailəmin, uşaqlarımın xərcindən artıq deyil. Atama baxmağa imkanım yoxdur. Peyğəmbər buyurdu: Atanın bir aylıq xərcini mən verəcəyəm, amma gələn aydan onu saxlamaq sənin boynundadır. Sonra Peyğəmbər beytül-maldan yüz dirhəm gətizdirib qocaya verdi ki, bir aylıq dolanışığını bu pulla təmin etsin.

Bir ay ötüb-keçdi. Qoca yenə oğlunu yanına salıb Peyğəmbərin hüzuruna gəldi: Ey Allahın Rəsulu! Sizin verdiyiniz pulla bir ay dolandım. Amma oğlum yenə mənə baxmaqdan imtina edir. Peyğəmbər bir daha oğuldan hərəkətləri üçün izahat istədi. Oğul dedi: Mən keçən dəfə də demişdim: ailəmin xərcindən artıq pulum yoxdur. Peyğəmbər buyurdu: Yalan deyirsən! Sənin pulun da, sərvətin də çoxdur. Amma madam ki, doğma atana bir qarın yeməyi qıymırsan, bu axşam özün atandan da betər vəziyyətə düşəcəksən.

Oğul Peyğəmbərin sözlərinə məsxərə edə-edə evə qayıtdı. Axşam oldu. Qəfildən qonşuları ona xəbər gətirdilər ki, tez anbarları boşalt; oradan elə pis üfunət iyi gəlir ki, dözmək olmur. Oğul tez gedib anbarları açdı. Baxıb gördü ki, bütün buğdalar, arpa və xurmalar çürüyüb, hamısını qurd basıb. Qonşular da bir ucdan tələb edirdilər ki, tez anbarları boşaldıb bu mənfur qoxudan onları xilas etsin. Oğul xəbər göndərib bir dəstə hambal çağırtdırdı. Onların muzdunu danışıb işə başlamalarını tapşırdı. Hamballar bütün gecəni işləyib çürük məhsulları anbardan çıxartdılar, aparıb uzaq bir yerə tulladılar. Səhər oğul evinə gəldi ki, hambalların muzdunu aparıb versin. Pul kisələrini açanda bütün qızıl-gümüşün daş-kəsəyə döndüyünü gördü. Əlacsız qalıb evdəki xalça-palazı, pal-paltarı satdı, birtəhər hambalların pulunu verdi, özü isə bir qarın yeməyə möhtac qaldı.

 

(Əhvalat "Səməratul-həyat" kitabindan (cild 1, səh.3) götürülüb)

 



Yerləşdirilib:29 Oktyabr, 2012  21:56, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 1
Müəllif: Nazim | 30 Oktyabr, 2012  00:14
# Ответить
0


]]>]]>

Salam aleykum.Ibretamizdir.Teshekkur.
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com