Bu günlərdə İslam aləmi iki ən əziz bayramlarından birini – Qurban bayramını qeyd edir. Həcc ziyarətinə toplaşan müsəlmanlar Minada, bu arzu ilə yaşayanlar isə vətənlərində İsmayıl qurbanlarını kəsirlər, bir-birləri ilə sevinclərini bölüşür, Allahdan günahlarının bağışlanmasını diləyirlər.
İslam.az kollektivi Qurban bayramı münasibəti ilə bütün müsəlmanları təbrik edir, ümmətin hər bir üzvünə İlahi nemətlərdən pay almağı, dualarının müstəcəb olmasını diləyir. Bayramınız mübarək, əziz müsəlmanlar!