POPULYARXƏBƏRLƏR

Hikmətli sözlər (151-ci hissə)

Peyğəmbərin zamanında Mədinə sakinlərindən biri iman gətirsə də, hələ əxlaqı və imanı kamil olmamışdı. O, gecələr camaatın evinə girib oğurluq edərdi.

Bir gecə yenə bir evin hasarına qalxıb pəncərədən içəri baxdı. Gördü ki, evdə xeyli bahalı əşya var. Başa düşdü ki, varlı adamın evidir. Evin içində cavan və yaraşıqlı bir qadının da olduğunu gördü. Əvvəlcə öz-özünə dedi: “Bu gecə bəxtim yaman gətirib. Indi nəinki bu evi soyaram, üstəlik bu qadını da zorlayaram”. Elə bu fikirlə hasardan həyətə düşmək istəyirdi ki, birdən-birə ürəyində Allah xofu hiss etdi. Fikirləşdi: “Məgər ölməyəcəyəm, məgər axirətdə Allaha hesab verməyəcəyəm? Müvəqqəti ləzzət üçün niyə özümü əbədi əzaba düçar edim?”. O qədər özünü danladı ki, tamamilə niyyətindən peşman oldu, qayıdıb evinə getdi.  
Ertəsi gün tövbə etmək üçün Peyğəmbərin yanına yollandı. Sözə başlamaq istəyirdi ki, gecə evinə oğurluğa getdiyi qadının gəldiyini gördü. Qadın öz gəlişinin səbəbini Peyğəmbərə açıqlayıb dedi: “Ey Allahın elçisi! Mən dul qadınam. Ərimdən mənə ev və xeyli mal-dövlət qalıb. Indiyə kimi ikinci dəfə ərə getmək haqqında heç fikirləşmirdim. Bu gecə evimin hasarının üstündə qaraltı gördüm, oğru olduğunu bildim. Hərçənd ki, oğru içəri girməyə cürət etmədi, amma daha evdə tək qalmağa qorxuram. Mən Sizi vəkil edirəm ki, öz məsləhət bildiyiniz adama məni ərə verəsiniz. Amma bi şərtlə ki, ərim də mənim evimdə yaşayacaq”.
Peyğəmbər əli ilə o adamı göstərib soruşdu: “Bu adama ərə getməyə razısan?”. Qadın oğrunu tanımayıb cavab verdi: “Etirazım yoxdur. Sizin sözünüz mənim üçün qanundur”.
Peyğəmbər kişinin də razılığını aldıqdan sonra qadının kəbinini ona kəsdi. Sonra ər-arvad qadının evinə yollandılar. Zifaf gecəsində keçmiş oğru öz sirrini qadına açıb söylədi: “Dünən gecə sənin evinə oğurluğa gələn adam mən idim. Şeytan məni aldadıb səni zorlamağa təhrik edirdi. Amma mən Allahı yadıma salıb, şeytanın vəsvəsəsinə yox deməyi bacardım. Dünən bu evə oğru və namus canisi kimi girmək fikrində idim. Bu gün isə tövbəmin sayəsində sənin halal ərin və bu mal-mülkün sahibi kimi həmişəlik bu evə girməyi Allah mənə nəsib etdi”.



Yerləşdirilib:22 Oktyabr, 2012  22:36, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 1
Müəllif: Nazim | 22 Oktyabr, 2012  21:56
# Ответить
+2


]]>]]>

Salam aleykum.Allahin hikmetleri her zaman bizleri ehate edir lakin biz cox vaxt onu derk etmirik.Teshekkur.
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com