Müqəddəs torpaqlara Həcc ziyarətinə gələn iki Türkiyə vətəndaşı, ən yaşlı – 96 yaşlı Əminə Təkcə və ən gənc – 45 günlük Mədinə Konukun görüşü baş tutub.
İslam.az-ın “Yeni Şəfəq”ə istinadla verdiyi xəbərə görə, zəvvarların hər ikisi Məkkəyə ailələri ilə birlikdə gəliblər.
Ə.Təkcə bildirib ki, artıq ümrə əməllərini başa vuraraq, vaxtını namaz qılmaq və dua etməklə keçirir. Yaşlı qadın ziyarətə gələn körpə müsəlmanı bağrına sıxaraq, Allahdan onun təqvalı övlad olmasını istəyib.