Türkiyənin rəsmi din qurumu - Diyanət İşləri Başqanlığına aid Məkkə şəhərindəki xəstəxanalardan azərbaycanlı zəvvarlar pulsuz istifadə edə biləcək.
İslam.az-ın verdiyi xəbərə görə, bunu, qurumun sədri professor Mehmet Görmez Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərovla görüşündə deyib. Səudiyyə Ərəbistanı Həcc Nazirliyindən azərbaycanlı zəvvarların "Diyanət"ə aid xəstəxanalardan istifadə edib-etməməsi barədə məktub aldıqlarını deyən Görmez, dərhal qurumun Həcc və Ümrə şöbəsinə bu istiqamətdə təlimat verdiyini bildirib: “Azərbaycanlı zəvvarlar Məkkədə heç bir ödəmə həyata keçirmədən Diyanət İşləri Başqanlığının səhiyyə xidmətlərindən istifadə edə bilərlər”.