Allah-təala Həzrət Musa Peyğəmbərə (ə) vəhy etdi: “Sırf məndən ötrü bir əməl yerinə yetirmisənmi?”. Həzrət Musa (ə) cavab verdi: “Bəli. Səndən ötrü namaz qılmışam, Səndən ötrü oruc tutmuşam, Sənə təsbihat demişəm (yəni Sənin böyüklüyünü və müqəddəsliyini tərifləmişəm)”.
Allah Ona belə vəhy etdi: “Namaz sırat körpüsünün üzərindən rahat keçməyin üçün icazədir. Oruc səni cəhənnəm alovundan qoruyan sipərdir. Təsbihat isə sənin cənnətdəki dərəcəni yüksəldən vasitədir. Bunları öz xeyrindən ötrü etmisən. Bəs, məndən ötrü nə etmisən?”. Musa (ə) ağlayıb dedi: “Ay Allah, mənə elə bir əməl öyrət ki, onu yalnız Səndən ötrü ixlasla edə bilim”. Allah buyurdu: “Məzluma yardım etmisənmi? Çılpağı geyindirmisənmi? Susuza su vermisənmi? Acın qarnını doyuzdurmusanmı? Alimə ehtiram göstərmisənmi? Məndən ötrü edilən xalis əməllər bunlardır”.