Tibbin Əsas Qanunu
Harun ər-Rəşidin xristian dininə mənsub bir həkimi vardı. Bir gün həmin həkim məşhur müsəlman alimi Əli ibn Hüseyn Vaqidi ilə birlikdə Harunun hüzurunda idi. Tibb elmindən söhbət düşəndə həkim dedi: “Sizin dininizdə tibb barədə heç bir göstəriş yoxdur”. Vaqidi etiraz edib söylədi: “Düz demirsən. Bizim dinimizdə tibb haqqında göstərişlər çoxdur. Allah-təala tibbin əsas qanununu Quranın nəinki bütöv ayəsində, hətta yarım ayənin içində bəyan edib: “...yeyin-için, lakin israf etməyin...” (Tövbə surəsi, 31-ci ayədən). Peyğəmbərimiz də bircə kəlamla bəyan edib: “Mədə bütün dərdlərin məkanı, pərhiz isə bütün dərmanların başıdır. Amma bədənin ehtiyaclarını da unutmaq olmaz”.
Həkim Vaqidinin sözlərini dinləyib dedi: “Sizin Quranınız və peyğəmbəriniz tibb elmindən deyilməmiş bir məsələ qoymayıb”