"Müsəlmanların məsumiyyəti" (The Muslim İnnocence) filmini çəkən Nakula Basseli Nakula bu gün polisə ifadəyə çağrıldı.
filmin rejissoru "Cem Besil" kimi tanınan, amma əsl ad və soyadı Nakula Basseli Nakula olan şəxsdir. 52 yaşlı Nikula ABŞ və İsrail vətəndaşı, kopt xristiandır.
O, filmdə çəkilən aktyorları aldadaraq "Səhra döyüşçüləri" adlı lent çəkdiklərini bildirib.Filmin prodüseri Stiv Klayndır. Klayn "Cəsur Xristianlar Birliyi", "Milli Amerika Kopt Məclisi" kimi ifrat sağçı, şovinist, İslama düşmən təşkilatların üzvüdür, Kaliforniya ştatındakı Kavi yevangelist kilsəsi ilə sıx əlaqələri var.
Filmin reklamı ilə keşiş Terri Cons məşğul olub. O, "Quranı yandıracağam" deyərək Amerikada böyük qalmaqal yaratmışdı.
Filmi ərəb dilinə dublyaj edən şəxs isə ABŞ Milli Kopt Məclisinin sədri, misirli kopt xristian Morris Sadekdir.