POPULYARXƏBƏRLƏR

RAMAZAN BAYRAMININ ƏMƏLLƏRI (Eyd əl-Fitr)

Ramazan bayramına keçən gecə və bayram günü yerinə yetirilməsi müstəhəb olan bir çox əməllər var ki, bunların əksəriyyəti namaz və dua qismindəndir. Bəzi əməllərin icrası çox vaxt apardığına və yadda saxlanması çətin olduğuna görə, onları burada qeyd etmirik.

 

Aşağıda Ramazan bayramı ilə əlaqədar ən mühüm və qısa ibadət əməllərinin təsvirini diqqətinizə təqdim edirik.

 

1.Ramazan ayının son günündə (bayram axşamı günü), günəş batarkən ailənin öhdəsinə düşən fitrə zəkatını ayırmaq və ertəsi gün (bayram günü) günorta vaxtına kimi fitrə zəkatını öz ünvanına çatdırmaq lazımdır. Bayram namazı qılan şəxslərin namazdan əvvəl fitrə zəkatını vermələri məsləhətdir. Hər hansı səbəb üzündən fitrə zəkatını bayram gününün günortasına kimi verməyən adamlar sonrakı vaxtlarda imkan düşən kimi bunu etsinlər.

2.Ramazan bayramı günü səhər, bayram namazından əvvəl qüsl almaq müstəhəbdir.

3.Bayram günü təzə və səliqəli paltar geyinmək, ətir vurmaq müstəhəbdir. Xüsusilə, bayram namazı qılmaq üçün məscidə gedənlərin buna riayət etməsi daha çox təkid olunur.

4.Bayram namazına getməzdən əvvəl az da olsa yemək müstəhəbdir. Heç olmasa xurma və ya şirni yemək olar. Bunun mənası odur ki, Ramazan bayramı günü oruc tutmaq haramdır. Ona görə də insan həmin gün səhərdən qida qəbul etməklə oruc tutmadığını əməli surətdə sübuta yetirmiş olur.

5.Bayram namazını qılmaq. Bayram namazının son vaxtı zöhrə qədərdir. Bayram namazı həm camaatla, həm də təklikdə qılına bilər. Bu namazı açıq havada, tavansız yerdə, torpağın üstündə qılmaq daha böyük savaba malikdir, lakin evdə, məösciddə də qılına bilər. Bayram namazı iki rükətdən ibarətdir. Başqa namazlar kimi bayram namazı da niyyət və təkbirətül-ehramla (başlanğıc təkbirlə) başlayır. Əvvəldə Fatihə və surə oxunur. (Bayram namazının birinci rükətində Fatihədən sonra istənilən surəni oxumaq olar, amma Şəms və ya Ə’la surəsini oxumaq müstəhəbdir). Sonra 5 dəfə təkbir deyilir. Təkbir zamanı əlləri qulaq bərabərinə qaldırmaq və təkbirləri ucadan söyləmək müstəhəbdir. Hər təkbirdən sonra qünut tutulur. Beşinci qünutdan sonra daha bir təkbir deyib rükuya getmək, sonra iki səcdə etmək lazımdır. Ikinci rükətdə də Fatihə və surə oxunur (Bayram namazının ikinci rükətində Ğaşiyə və ya Şəms surəsini oxumaq müstəhəbdir). Ikinci rükətdə 4 təkbir var. Hər təkbirdən sonra qünut tutulur. Dördüncü qünutdan sonra yenə təkbir deyilir, rüku və iki səcdə yerinə yetirilir, təşəhhud və salamlarla namaz başa çatır. Bayram namazının qünutlarında istənilən duanı oxumaq olar. Oxunması müstəhəb olan bir dua var ki, o, belədir: “Əllahummə əhləl-kibriyai, vəl-əzəməti və əhləl-cudi vəl-cəbərut və əhləl-əfvi vər-rəhməti və əhlət-təqva vəl-məğfirəti. Əs’əlukə bihəqqi hazəl-yəvm, əlləzi cəəltəhu lil-musliminə idən və li Muhəmmədin səlləllahu ələyhi və alihi zuxrən və şərəfən və kəramətən və məzida, ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd və ən tudxiləni fi kulli xəyrin ədxəltə fihi Muhəmmədən və alə Muhəmməd, və ən tuxricəni min kulli su’in əxrəctə minhu Muhəmmədən və alə Muhəmməd, sələvatukə ələyhi və ələyhim. Əllahummə inni əs’əlukə xəyrə ma səələkə bihi ibadukəs-salihun və əuzu bikə mimməstəazə minhu ibadukəl-muxləsun."

6.Bayram axşamı məğrib və işa namazlarından, bayram günü sübh, zöhr və əsr namazlarından, həmçinin, bayram namazından sonra aşağıdakı duanı oxumaq da savabdır: “Allahü əkbər, Allahü əkbər, la ilahə illəllah. Vallahü əkbər, Allahü əkbər və lillahil-həmd. Allahü əkbərü əla ma hədana”. (Tərc.: Allah böyükdür, Allah böyükdür, Allahdan başqa məbud yoxdur. Allah böyükdür, Allah böyükdür, Allaha həmd olsun. Bizi hidayət etdiyinə görə Allah böyükdür).

7.Bayram namazından sonra və ümumiyyətlə, bayram günü ərzində çox dua etmək, günahların bağışlanmasını Allahdan istəmək, Ramazan ayı boyunca etdiyi əməllərə görə öz-özünə hesabat vermək də müstəhəbdir. Bayram gününə keçən gecə bu duanı oxumağın da savabı var: “Allahümmə la təc’əlhu axirəl-əhdi min siyami li-şəhri rəməzan. Və əuzu bikə ən yətlüə fəcrü hazihil-leyləti illa və qəd ğəfərtə li”. (Tərc.: Ilahi, bu orucu mənim ömrümdə sonuncu etmə. Günahlarımın bağışlanmadığı bir halda sabahkı günəşin üzümə doğmasından Sənə sığınıram).

 


 



Yerləşdirilib:18 Avqust, 2012  22:22, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 2
Müəllif: Melek | 18 Avqust, 2012  22:45
# Ответить
0


]]>]]>

twkler meqaleye gore.Allah razi olsun
Müəllif: muradim | 19 Avqust, 2012  11:02
# Ответить
+1


]]>]]>

Bayraminiz mubarek. Allah cemi tutulan oruclari ve qilinan namazlari qebul etsin. Inwallah. Hormetli admin ve saytin emekdawlari bu ay boyunca cekdiyiniz eziyyeti halal edin. Allah sizlerden razi olsun. cox-cox tewekurler.
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com