Sabah Azərbaycanda müqəddəs Ramazan bayramı ilə əlaqədar bayram namazı qılınacaq.
Bu barədə SalamNews-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib.
O deyib ki, bayram namazı avqustun 19-da səhər saatlarında qılınacaq. Belə olduğu təqdirdə, bu gün bayram axşamı hesab olunur və insanlar bu axşam üzərlərinə düşən fitrəni çıxarmaları gərəkdir.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov bildirib ki, ölkədə ayın təzələnməsi avqustun 17-də axşam saatlarına təsadüf edib. Daha dəqiq desək saat 20:55.
Ayın adi gözlə görünməsinə gəlincə, bu avqustun 20-də mümkün olacaq. Həmin gün ay üçgünlük olacaq.