Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Özünü bəyənməkdən, zahiri yaxşılıqlara arxalanıb, özünü tə`rifləməkdən qorun. Çünki bu, Şeytanın ən mö`təbər fürsətlərindəndir.
İmam Hüseyn əleyhissalam buyurur: (Bə`zi) insanlar dünyanın quludurlar, dindarlıqları yalnız dillərindədir, maddi həyatları yaxşı olsa dindardırlar, çətinlik yarandıqda, imtahan edildikdə isə görərsən ki, dindar azdır.
İmam Sadiq əleyhissalam buyurur: Bütün pislik və günahların mənbəyi dünyaya bağlanmaqdır.
İmam Kazim əleyhissalam buyurur: Dünya zahiri yumşaq, batini isə zəhərli olan ilana bənzər. Ağıllı, savadlı insanlar belə bir ilandan qaçar, uşaqlar və nadanlar isə ilanı tutmaq üçün onun üstünə gedərlər.