Peyğəmbəri-əkrəm (s) buyurur: Ölmüş şəxsin cənazəsi (dəfn olunmaq üçün) aparılan zaman ruhu cəsədinin üstündə dayanıb fəryad edər: Ey övladlarım, ey qohumlarım, olmaya dünya məni aldatdığı kimi sizi də aldada!
Halal-haramı yığıb başqaları üçün qoydum, zəhməti mənim, ləzzəti isə başqalarının oldu! (Hesab-kitabını, əzabını mən çəkəcəyəm). Bəs çalışın, mənim günümə düşməyin.
Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Hərislik, qorxu və paxıllıq imanın azlığı və Allaha bədgümanlığın nəticəsidir.
Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Bir çox bədbəxt insanlar var ki, əcəlləri çatıb, amma onlar hələ də mal-dövlət toplamağa məşğuldurlar.
Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Xalqın fəlakətə uğraması və cəhənnəmə getməsi iki şeylədir: 1. Yoxsulluqdan qorxmaq; 2. Özünü yüksək tutmaq.