Bu il də dünyada Ramazan ayı müxtəlif ölkələrdə müxtəlif tarixlərdə başladı. Bunun səbəbi yeni ayın başlanmasını təyin etmək üzrə olan metodların fərqliliyindən, Yeni Ayın hilalının harada görünməsindən asılıdır və normal haldır.
Bu, həmişə belə olub.
Lakin bəziləri bunu ittiham kimi irəli sürərək, guya Azərbaycandan başqa bütün dünyanın Ramazanı 20 iyulda başladığını iddia edirlər.
Bu, səhv fikirdir və qeyd etdiyimiz kimi, metodologiyadan asılı olaraq bütün dünyada bu fərqlilik mövcuddur.
Bununla bağlı Azərbaycanla bərabər Ramazan ayını 21 iyulda başlamış ölkələrin siyahısını təqdim edirik.
1. Pakistan
2. Oman
3. Suriya
4. İraq (sünni, şiə, kürd icmaları bir yerdə)
5. Mərakeş
6. Malaziya
7. İndoneziya (azlıq olan Muhəmmədiyyə təriqətindən başqa)
8. Mavritaniya
9. İran
10. Filippin müsəlmanları
11. Banqladeş
12. Tailand müsəlmanları
13. Şimali Amerikada (Amerika İslam Assosiasiyasının qərarına əsasən)
14. Hindistan müsəlmanlarının böyük hissəsi
15. Bundan əlavə hətta iyulun 20-də Ramazanın başlandığını elan edən ölkələrdə camaatların bir hissəsi, həmçinin Böyük Britaniya, Fransa, Almaniya, İtaliya kimi ölkələrdə bir çox müsəlman icmaları Ramazanı 21 iyulda qeyd ediblər.
RAMAZAN AYININ BAŞLANMASI İLƏ ƏLAQƏDAR BİR DAHA HAMINIZI TƏBRİK EDİRİK!
Islam.az