Ərəb Dövlətləri Liqası Suriya prezidenti Bəşər Əsədi “ölkənin qurtuluşu üçün” öz vəsifəsini tərk etməyə çağırır.
Bu bəyanat ƏDL ölkələri xarici işlər nazirlərinin 22 iyul, bazar günü Dohada keçirilən görüşünün yekununda verilib.
“Bu cəsarətli qərarı (istefaya getmək) qəbul etməklə Bəşər Əsəd dağıntılara və qətllərə son qoya bilər”, - deyə mətbuat konfransında görüşün yekunları barədə məlumat verən Qətər Xarici işlər naziri şeyx Həməd bin Casim əl-Tani baldirib. Bu mövqeyi bir ölkədən başqa ƏDL-in bütün üzvləri dəstəkləyib. SalamNews-un Lenta.ru-ya istinadən verdiyi xəbərə görə, məhz hansı ölkənin Əsədin istefasının əleyhinə olduğunu nazir açıqlamayıb.
Bundan başqa, ƏDL xarici işlər nazirlərinin görüşündə Suriya müxalifətini və Azad Suriya ordusunu keçid milli birlik höküməti formalaşdırmağa dəvət etmək qərara alınıb. Görüşdə həmçinin suriyalı qaçqınlara 100 milyon dollar məbləğində yardım ayırmaq qərarına gəlinib.