Allahın Rəsulu (s) buyurur: Tövratda belə yazılmışdır ki, Allah buyurur: Mən qatillərin qatili, zina edənləri fəqir və pərişan edən Allaham!
Rəsuli-əkrəm (s) buyurur: Allahın razılığı valideynin razılığı, qəzəbi də valideynin qəzəbi ilədir.
İmam Sadiq əleyhissalam buyurur: Hər kəs Allah-taalanın onun ölüm anlarındakı çətinliklərini asanlaşdırmasını istəyirsə, qohum-əqrəbası ilə sıx əlaqədə olsun, valideyninə yaxşılıq eləsin. Əgər belə edərsə, Allah-taala o şəxsin ölüm anlarını asanlaşdırar və həyatında heç vaxt fəqirliklə qarşılaşmaz.
İmam Sadiq əleyhissalam buyurur: Öz valideynlərinizə yaxşılıq edin ki, övladlarınız da sizə yaxşılıq etsinlər camaatın namusuna toxunmayın ki, sizin də qadınlarınız iffətli olsunlar.
İmam Sadiq əleyhissalam buyurur: Ən fəzilətli əməllər, namazın vaxtında qılınması, valideynə yaxşılıq və Allah yolunda cihad etməkdir.