Ənəs ibni Malik deyir: Rəsuli-əkrəm (s) buyurdu: Məndən altı şeyi qəbul edin, cənnət üçün sizə zamin olum…
1. Danışanda yalan deməyin;
2. Verdiyiniz və`dələrə xilaf çıxmayın;
3. Əgər sizə əmanət versələr, ona xəyanət etməyin;
4. Öz gözlərinizi haramdan saxlayın;
5. Öz cinsiyyət üzvlərinizi haramdan qoruyun;
6. Əllərinizi və dilinizi yaramaz işlərdən qoruyun.
Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Ən pis adam odur ki, camaatın eyblərini axtarsın, amma öz eyblərini görməsin.
İmam Baqir əleyhissalam buyurur: Həqiqətən Allah-taala şər əməllər üçün müxtəlif qıfıllar qoymuşdur, o qıfılların açarları isə şərabdır. Amma yalan danışmaq şərabdan da şiddətlidir, pisdir.