Rəsuli-əkrəm (s) buyurur: Heç bir şey dil qədər həbs olunmağa daha layiq deyildir (çünki günahların əksəriyyəti dilin vasitəsi ilə baş verir: Qeybət, yalan, töhmət, məsxərə, dil yarası və sair).
Rəsuli-əkrəm (s) buyurur: Dilin fitnə-fəsadı qılınc zərbəsinin yaratdığı fəsaddan daha kəskindir.
Rəsuli-əkrəm (s) buyurur: İnsanın fəlakəti üç şeydədir: qarnında, şəhvətində və dilində. (Acgözlük, cinsi düşkünlük və boşboğazlıq. )
İmam Baqir əleyhissalam buyurur: İnsan dilini nəzarət altında saxlamasa, günahdan amanda qala bilməz.