Rəsuli-əkrəm (s) buyurur: Başqalarını yaxşı işlər görməyə sövq edib yol göstərən şəxs o yaxşı iş görən qədər savab alar.
Rəsuli-əkrəm (s) buyurur: İki nəfər arasında barışıq yaratmaq insanın bütün oruc-namazlarından daha üstündür.
İmam Sadiq əleyhissalam buyurur: Altı xislət vardır ki, mö`min öləndən sonra ondan faydalanar: 1. Onun üçün Allahdan bağışlanmaq istəyən saleh övlad 2. Özündən sonra oxunan Qur`an, 3. Camaatın istifadəsi üçün qazılan quyu, 4. Əkdiyi ağac, 5. Ehsan üçün cari etdiyi su, 6. Özündən sonra camaatın əməl etdiyi gözəl sünnət (özündən sonra qoyduğu yaxşı adət, ənənə).