Rəsuli-əkrəm (s) buyurur: Həqiqətən Cəhənnəm əhlinin nalələrinin əksəriyyəti tövbəni tə`xirə saldıqları üçündür.
İmam Əli əleyhissalam buyurur: (Tövbə) və yaxşı əməlləri tə`xirə salanlar çox olub ki, qəflətən əcəl onları haqlayıb.
İmam Baqir əleyhissalam buyurur: Etdiyi günahdan tövbə edən şəxs günahı olmayan şəxs kimidir.