Rəsuli-əkrəm (s) buyurur: Dünya və axirət xeyri elm ilə yanaşıdır.
Rəsuli-əkrəm (s) buyurur: Elm Allahın yer üzündə qoyduğu əmanət, alimlər isə Allah elminin əmanətdarlarıdır. Hər kəs öz elminə əməl etsə, həqiqətdə əmanəti layiqincə sahibinə qaytarmışdır.
İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Hər insanın qiyməti onun elminin dəyəri qədərdir. (Hər bir sənətkarın dəyəri bildiyi peşə, sənət qədər, təbibin dəyəri sağlamlığın əhəmiyyəti qədər, müəllim və ruhaninin dəyəri isə cəmiyyətə elm öyrədib düz yol göstərmək qədərdir).