POPULYARXƏBƏRLƏR

Şəhidlər ölmür

Əziz müsəlmanlar!

İslamın ən böyük dəyər verdiyi prinsiplərdən biri də şəhidlikdir.

Şəhidlər  ölmür
Şəhid, müqəddəs bir qayə, vətən, millət və Allah yolunda döyüşərkən və ya çalışarkən ölən müsəlmana deyilir. Həm Quran ayələrində, həm də mötəbər hədislərdə şəhidlərin necə yüksək bir dərəcəyə sahib olduqlarını göstərən məqamlar olduqca çoxdur. Həqiqətən də şəhidlərin Allah qatında çox dəyərli olduqlarını göstərən ayələrin birndə belə deyilir: "Allah yolunda öldürülənlərə (şəhid olanlara) ''ölü'' deməyin. Əksinə, onlar (Allah dərgahında diridirlər, lakin siz bunu dərk etmirsiniz" (Bəqərə 154).Başqa bir ayədə isə belə buyurulur: "Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Xeyr, onlar öz Rəbbinin yanında diri olub ruzi (cənnət ruzisi) yeyirlər. Onlar Allahın Öz mərhəmətindən onlara bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər" (Ali İmran 169-170).

Bütün bu ayələrdən də anlaşıldığı kimi, şəhidlər diridirlər. Onlar Allahın qonaqlarıdırlar və Allah qatında ruziləndirilirlər. Muhəmməd Peyğəmbər də öz hədislərində şəhidlik məqamının gözəlliklərindən, üstünlüklərindən dəfələrlə danışmışdır. Belə bir hədislərin birində Hz. Peyğəmbər belə buyurur: "Muhəmmədin nəfsi qüdrət əlində olan Allaha and olsun, istərdim ki, Allah yolunda cihad edib öldürülüm, sonra yenə cihad edib öldürülüm, sonra yenə cihad edib öldürülüm" (Buxari, Müslim). Göründüyü kimi, şəhidlikdə peyğəmbərlərin belə qibtə etdikləri məqamlar vardır.

Şübhəsiz ki, şəhidlər ən böyük qarşılığı Qiyamət günü görəcəklər. Çünki yalnız şəhidlər, cənnətdə dilədikləri yerə gedə bilirlər və onların başqa müsəlmanlara haqq-hesab günü şəfaət etmə səlahiyyəti olacaqdır. Naslardan gələn xəbərlərə görə, şəhidlər, qiyamət günündə gördükləri böyük mükafata görə təkrar dirilib Allah yolunda döyüşərək şəhid olmağı arzularlar.

Şəhadətin önəmini və şəhidlərə verilən mükafatı bildirən ayə və hədisləri oxuyan səhabələr bu üstünlüyü dərk edərək cihada həvəslə getmiş, şəhid olmaq üçün döyüş meydanlarına atılmışlar. Məşhur səhabə və cəsur döyüşçü Xalid ibn Vəlid İslam uğrunda təxminən yüzə qədər döyüşdə iştirak etmişdir. İştirak etdiyi bu döyüşlərdə bədəninin müxtəlif yerlərindən təxminən elə yüzə qədər yara almışdır. Ölümcül xəstəliyə tutularaq cihad meydanında deyil, yatağında öləcəyini anlayan Xalid şəhid ola bilmədiyi üçün ağlamışdır.

Uhud döyüşündə Hz. Peyğəmbərin yanına dəmir zirehli bir kişi gələrək belə deyir: "Ya Rəsulullah! İcazə ver döyüşüm, sonra da müsəlman olum". Hz. Peyğəmbər isə cavabında "Əvvəl müsəlman ol, sonra vuruş" buyurur. Həmin adam müsəlman olaraq vuruşur və elə həmin döyüşdə də şəhid edilir. Bunu görən Rəsulullah belə buyurur: "Az işlədi, amma çox qazandı".

Şəhidlik Muhəmməd ümmətinə xas üstün bir qayə, yüksək bir mərtəbədir. Hz. Peyğəmbər belə buyurmuşdur: "Kim şəhid olmağı ürəkdən diləsə, Allah onu yatağında ölmüş olsa belə, şəhidlərin mərtəbəsinə qaldırar" (Müslim).

Əziz qardaşlar!

Sabah, yəni yanvarın 19-u Aşura faciəsinin ildönümüdür. 19-undan 20-sinə keçən gecə isə qanlı 1990-cı il faciəsindən 18 il keçir. Aşura qiyamında şəhid olan insanlar İslam tarixində iz qoyublarsa, 20 Yanvar şəhidləri də müstəqilliyimiz tarixində dərin iz buraxmışlar. Həzrəti Hüseyn Kərbəlaya gedərkən onu saxlamaq istəyənlərə demişdi: "Qorxuram ki, bu gün mən bu haqsızlıqlara qarşı çıxmasam, bundan sonra heç kim haqsızlığa qarşı çıxmasın". Həqiqətən də, o bizə haqsızlığa qarşı çıxmaq və bu yolda şəhid olmaq nümunəsi oldu.

Bizim də millət olaraq istiqlaliyyətimizi qazandıqdan sonra ilk olaraq tanış olduğumuz sözlərdən biri "şəhid" sözü olmuşdur. Bu gün torpaqları uğrunda iyirmi mindən çox şəhid vermiş bir millət üçün şəhidlikdən daha müqəddəs bir şey ola bilməz. Xalqımız istər qanlı 20 yanvar gecəsində, istərsə də mənfur qonşularımızla davam edən müharibədə şəhid olmuş övladlarını unutmur.

Bu vətən hər birimizin anamızdır və dar günündə onun yardımçısı olmaq, onu qorumaq hər birimizin borcudur. Çünki vətən sevgisi imandandır. Çünki bircə gün vətənin keşiyində durmaq bütün dünyadan və dünyanın içindəkilərdən daha xeyirlidir. Çünki bu yolda itki yoxdur: Ya şəhidlik var, ya da qazilik.


Aqil Hacıyev
[email protected]



Yerləşdirilib:18 Yanvar, 2008  00:26, ]]>Çap]]>
 
Bu bölmədə:
20 İyun, 2017
Ac qalma, oruc tut

Son şərhlər : 1
Müəllif: ayla | 23 Noyabr, 2016  16:07
# Ответить
0


]]>]]>

coxx guzeldi
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com