POPULYARXƏBƏRLƏR

Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş torpaqları qeyd-şərtsiz azad edilməlidir - Pakistan XİN rəhbəri

Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov bu ölkənin xarici işlər naziri Hina Rabbani Xar ilə görüşüb.

Səfirlikdən SalamNews-a verilən məlumata görə, görüşdə Azərbaycan-Pakistan əlaqələrin hazırkı vəziyyətindən danışılıb. D.Şikarov siyasi əlaqələrin yüksək səviyyədə olduğu halda iqtisadi münasibətlərin hələ də mövcud potensiala cavab vermədiyini deyib.

Səfir Ermənistan-Azərbaycan, Dağlı Qarabağ münaqişəsi də daxil olmaqla digər məsələlərdə Pakistanın ölkəmizə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib. Diplomat Pakistanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətilə təbriklərini çatdırıb, bu mötəbər təşkilatda ölkəmizin üzvlüyünü dəstəklədiklərinə görə minnətdarlıq edib.

Səfir dekabrın 6-7-də Bakıda keçiriləcək Azərbaycan-Pakistan hökumətlərarası komissiyanın V iclası ilə bağlı aparılan hazırlıq işləri haqqında nazirə məlumat verib.

Görüşdə Pakistanın Sind əyalətində sel daşqınlarından zərər çəkmiş insanlara Azərbaycan hökuməti tərəfindən 2 milyon ABŞ dolları məbləğində yardımın ayırdığı da bildirilib.

Pakistanlı nazir ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində Azərbaycanı tam dəstəklədiyini, ermənilər tərəfindən işğal olunmuş torpaqlarımızın qeyd-şərtsiz azad edilməsinin vacibliyini vurğulayıb. Nazir Azərbaycanın BMT TŞ-na qeyri-daimi üzv seçilməsini ölkəmizin xarici siyasətinin böyük uğuru kimi qiymətləndirib.

Azərbaycan ilə Pakistan arasında iqtisadi əlaqələrə də toxunan H.Xar vurğulayıb ki, ölkələrimiz enerji, yüngül sənaye, əczaçılıq, kənd təsərrüfatı sahələrində də əməkdaşlıq edə bilərlər. Nazir ölkəsinin çətin günündə daim yanında olduğuna, təbii fəlakətlər zamanı göstərdiyi dəstəyə görə Azərbaycan xalqına, Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.



Yerləşdirilib:18 Noyabr, 2011  21:31, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 1
Müəllif: Turane | 5 Aprel, 2016  13:14
# Ответить
0


]]>]]>

ALLAH ermenilere NELET EDSİN...AMİN
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com