POPULYARXƏBƏRLƏR

"Mən bir neçə ad da çəkə bilərəm: Elşən Mustafaoğlu, Ağabala Mehdiyev, Fizuli Şəfiyev, Elçin Əsgərov, Xəzərdən Mayıl müəllim..." müsahibə

İlqar İbrahimoğlu "Media FM” radiosunun canlı yayımında "Dini ədəbiyyat" mövzusunda danışdı

Razılaşaq ki, bizim cəmiyyətdə dini ədəbiyyata münasibət eyni deyil. Bəlkə də bu gün problem daha çox ondadır ki, hökumətin də bunun kütləviləşməsindən çəkinməsi odur ki, bu kitabı oxuyub sakit oturmurlar axı. Məsələn, mən metroda oturub hansısa bir dini ədəbiyyatı oxuyuram. Kimsə müəllifin adına baxır, o müəllif onun bəyənmədiyi bir etiqadın daşıyıcısı olanda həmin adamda istər-istəməz bir qıcıq yaradır.
- Dini maarifçiliklə bağlı teleməkanında bir dənə də verilişi olmayan yerdə vəziyyət də belə olacaq. Nİyə o cür olur? Çünki bu bəhslər yetərincə debat olunmur, müzakirə olunmur, bunlar çatdırılmır, dinin topluma həmin o pozitiv, müsbət hərəkətliliyi yoxdur. Təbii ki, insanlar özləri axtarışa çıxanda, onlar bu mövzuda cürbəcür sui-istifadə edənlərə də rast gələ bilərlər. Amma baxın dünyada bunu necə həll edirlər. Açın Türkiyənin televiziya kanallarını, hazırda səhərdən axşamadək Həcclə bağlı o qədər material yayımlanır ki, mən düşünürəm ki, hətta Azərbaycan teleməkanında bu barədə məlumat tapmayanlar kanalı dəyişir və həmin türk kanallarında baxır. Bu, Avropada da belədir, Amerikada da belədir. Mən yenə qayıtmaq istərdim ki, bir neçə gündür ki, yağış, qar yağır. İnanıcmızın bununla bağlı baxışı var ki, yağış, qar bərəkətdir, təmizlikdir və s. Yaxud da başqa bir baxımdan yanaşsaq, indi yollar sürüşkəndir və s. Toplumda "özünə qıydığını başqasına da qıy" ideyasını yaşatsaq, insanların birgə durub küçələrinin təmizləməyə təşviq edə biləcək notlarla hansısa maarifçi məqamların çatdırılması və s. Yəni inanc toplumda ən yüksək harmonik münasibətlətin qurulmasına kömək edə biləcək ən gözəl ilahi bir vasitədir və bunu istifadə etmədikdə, təbii ki, cəmiyyətdə bununla bağlı müxtəlif baxışlar formalaşır. Bir şey ki, məchul qalır, bir şey ki, araşdırılmır, öyrənilmir - təbii olaraq, nəticədə bir qədər çətin baxışlar əmələ gəlir.

- Azərbaycan tolerant bir ölkədir, amma tolerant olan təkcə Azərbaycan deyil. Məsələn, mənim azərbaycanlı olduğumu biləndə İrlandiyalı bir taksi sürücüsü maşından Qurani-Kərimin ingiliscə olan tərcüməsini götürüb mənə göstərib ki, bax, mən bunu oxuyuram, sadəcə olaraq mənə maraqlıdır. Və ona kimsə demir ki, ayıb olsun, sən Quran oxuyursan. Amma bizdə tərsinəsini görə bilərik. Kiminsıə mağazadan İncil aldığını görsə, deyər ki, onu niyə alırsan?! Bizim cəmiyyətdə dinə elm kimi, fəlsəfə kimi yanaşanlar deyil, məişət zəminində bir-birini didmək üçün bəhanə tapanlar daha çoxdur.
- Bu həm də məktəbdən, təhsildən gələn bir mövzudur. Bunlar köklü problemlərdir. Həm burada problem məktəbdə verilməyən vərdişlərdir, bunun mədəniyyəti də çatdırılmır.

- Azərbaycan yer olaraq çox rəngarəng bir regionda yerləşir. Bu təkcə dində deyil, siyasətdə və s. də özünü göstərib, həmişə qarmaqarışıq bir vəziyyət olub. Necə düşünürsünüz, dini kitabların çapına, satışına azadlıq verilməsinin milli təhlükəsizlik maraqlarına, dövlət maraqlarına təhlükə yarada biləcək ciddi bir amil olmasını deyənlər tamamiləmi haqsızdırlar?
- Əvvəla, ən böyük dövlət marağı vətəndaşdır, vətəndaşın şəxsiyyət və ləyaqətinin təmin edilməsidir və ondan irəli gələn haqq və azadlıqlarının təmin edilməsidir. Bu mənada əslində bütün qanunlar, bütün rəftarlar vətəndaşların hüquq və azadlıqlarının təmininə yönəlməlidir. Bu mənada dini etiqadın təmini üçün kitablarla bağlı senzura tamamilə yağışdırılmaılıdır və bunun sərbəst yayımına icazə verilməlidir. Siz dediyiniz hallar üçün məhkəmə var. Məhkəmədə bu və ya digər ədəbiyyatın dediyiniz elementlərlə bağlı Azərbaycanın bu və ya digər təhlükəsizlik məqamı ilə bağlı, hansısa ədavətin yayılması ilə bağlı elementlər varsa, bunun özü də sübut olunmalıdır. Bu, hansısa mücərrəd halda yox, dünyada qəbul edilmiş demokratik ənənələrə uyğun olmalıdır, belə hallar olarsa, məhkəmə hökmü ilə həmin kitabların məhdudlarşdırılması, onların müəyyən bir siyahısının tərtib edilməsi ola bilər. Amma bu olmayınca - qalır insaların əhval-ruhiyyəsinə. Çətin regionda yaşayırıq, amma bu çətin regionda yaşamaq həm də böyük zənginlik gətirə bilər, müxtəlif rənglər gətirə bilər. Bundan necə istifadə edəcəyik - mühüm məsələ budur. Məsələn biz demirik ki, Novruz bayramına Rusiyada olan hansısa bayram zərər verə bilər. Biz onların Azərbaycana gəlişinə də mane olmuruq ki. Biz Novruz bayramının təbliğini gücləndirikik. Toplumumuzda yaşayan, məsəl üçün, ruslar hansısa bayram keçirəndə buna böyük hörmətlə yanaşırıq. Bu mənada deyə bilərm ki, mən bu təhlükəni görmürəm. Yarana biləcək fəasdların da normal, sivil qaydada həlli var, məhkəmə yolu ilə həll etmək mümkündür. Bu ona oxşayır ki, hansısa futbol mədəniyyəti olmayan ölkələr birdən-birə, məsələn, 70 min azarkeşlik stadion tikəndə kimlərsə fikirləşə bilər ki, 70 min adam ora yığışanda birdən yola getməzlər. Amma dünyada olan təcrübələr göstərir ki, 70 mindən də çox insan ora toplaşır və heç bir problem də baş vermir. Sadəcə bunun doğru-dürüst qaydası olmalıdır. İndi 2-3 nəfər futbola gəlib xuliqanlıq etmək istəyər deyə, biz futbol meydançasını bağlamalıyıq?! Bu baxımdan indi dinlə bağlı akademik, intelektual meydança niyə bağlansın ki?! Siz bilirsinizmi ki, Azərbaycanda intiharların sayı ənənəvi müsəlman ölkələrindən bir neçə yüz dəfə çoxdur?! Səbəb nədir? Səbəb odur ki, inancsız toplum olmur. Yəni, Azərbaycan bu mənada tam surətdə Avropaya "inteqrasiya" edib.

- Bayaq siz özünüz də dedidiniz ki, mütəxəssis azdır. İndi bizdə kitab yaza biləcək, başqasına nəisə öyərədə biləcək, özü də tolerant şəkildə öyrədə biləcək nə qədər çox adam var ki? Yəni o, kitab yazanda öz fəlsəfi dünyagörüşündən çıxa bilsin, təbliğat yox, elm yazsın?
- Bütün sahələrdə bu problem var. Məsələn, politoloji kitab yazanda liberal düşüncə özünü haqlı göstərir, solçu özünün haqlı olduğunu bildirir. Biz solçulara demirik ki, sən gəl liberal kimi yaz. O öz baxışını bəzən mütləq həqiqət kimi görür və onu da çatdırır. Bu da məncə, normal br məsələdir. Nəinki dini mövzuda, hətta bir roman yazan, ümumiyyətlə istənilən bir yazıçı öz dünyagörüşü, öz duyumunu çatdırır. Bu mənada mən burda böyük bir fəkalət görmürəm. Bunlar zövq məsələsidir, hisslərin tərbiyəsi məsələsidir. Biri elə yazmaq istəyəcək ki, bu heç kimin xətrinə dəyməsin, amma həqiqəti çatdırsın, bir başqası sırf təşviqat xarakterli yazacaq, bir başqası popurist dildə yazacaq. Qoy bunlar yazılsın, oxucu özü bunu müəyyənləşdirsin . Ən yaxşı meyar - oxucudur. Məsələn, mən Türkiyədə bunun çox şahidi olmuşam ki, orada kommunist jurnallar dərc edilir və onlar çox açıq şəkildə solçuluğu təbliğ edirlər. Bu, çox az marağa səbəb olur. Amma solçuluğu daha başqa formada təbliğ edənlər var, məsələn, romanlar var, bu, bəzən daha çox uğur qazanır. Bu baxımdan, mən burada bir faciə görmürəm. Bu, normal prosesdir, qoy toplum yazsın.

- Sizinlə razıyam ki, onların əksəriyyəti "ələnəcək", yaxşısı qalacaq. Amma bizdə o savadlı kontingent nə qədərdir ki?
- Kifayət qədər var. Din sahəsində yaza biləcək insanlar heç bir başqa sahədən daha az deyil. Məsələn, mən bir neçə ad da çəkə bilərəm: Elşən Mustafaoğlu var, bu gün də ad günüdür (8 noyabr - red.), efirdən onu təbrik edirik. O, böyük mütəxəssisdir, akademiyada da çalışır, həm də ilahiyyatçıdır, filosofdur, kifayət qədər uğurlu yazıları var. Ağabala Mehdiyev var, Quranın uğurlu tərcümə edilməsində böyük zəhmətləri olub, ümumiyyətlə İslamla bağlı bir çox ciddi ədəbiyyatların yazılmasında yeri olub. Yeni qələmlərdən biri olan Fizuli Şəfiyev var. Son zamanlar oxuduğum ən maraqlı yaılardan biri olan "Hollivud və Axirəzzaman" yazısının müəllifidir. Müqayisələr aparıb, Hollivudda kinomatoqrafiya və Axirəzzaman mövzusunda və bu mövzuda çox dəyərli yazılar silsiləsi mövcuddur. Mən bu müəlliflərin siyahısını xeyli uzada bilərəm. Yəni meydança olarsa, onlarn sayı daha da çox olacaq. Hesab edirəm ki, problem bu deyil. Azərbaycanda bütün sahələrdə olduğu kimi, din sahəsində də kifayət qədər cavan nəsil yetişib. Sadəcə olaraq, meydança olmalıdır. Mən həmçinin Elçin Əsgərovu qeyd etmək istəyirəm. İllərlə Dini Araşdırmalar Mərkəzinin çox maraqlı ədəbiyyatı çıxıb. Yaxud da indi Xəzərdə bu sahədə yeni məruzəçilər meydana çıxıb. Məsələn, Mayıl müəllim din fələfəsi mövzusunda maraqlı kitablar dərc etdirib. Yəni bu siyahı çoxalır, getdikcə artır.

- Bu gün deyə bilmərik ki, ümumiyyətlə bizdə dini ədəbiyyat yoxdur. Satışda olan kitablar var. Hətta məhz dini ədəbiyyat satılan dükanlar da görə bilərik. Bəs o satılanlar nədir?
- Sovet vaxtında probelem var idi, insanlar istədikləri geyimləri, zövqlərinə uyğun geyimləri tapa bilmirdilər. Bəlli bir neçə "voentorq"lar var idi, orda da mal gələn kimi qurtarırdı. Məsələn, kimsə uğurlu bir pencək və ya ayaqqanı alanda, bu, çox böyük hadisə sayılırdı. Mən hesab edirəm ki, dinlə bağlı da oxşar bir vəziyyət var. Bakıda kifayət qədər az sayda dini dükan var və hər kəs də onları tanımır. Mən hesab edirəm ki, bu, böyük bir problemdir. İnsanlar tanımır, çox az saydadır. Onlarda da istənilən vaxt müfəttişlər Din Komitəsi adı ilə gəlir, yoxlayır, hanısa kitablar tapır ki, bunlar qeyri-qanunidir, cərimələyir. Mən bu məsələrlərlə az-çox maraqlanıram və görürəm ki, insanlar öz işini rahat qura bilmir. Məsələn, "Əli və Nino"nun şəbəkəsini yaradıblar, nə yaxşı. Amma siz bunu dini kitablarla bağlı rahatlıqla edə bilmərsiniz.

- Ümumiyyətlə dini ədəbiyyatla digər ədəbiyyatlar sizcə ayrı olmalıdır ?
- Ayrı olmağının özünü də absurd sayıram. Bu mövzuda sizinlə tamailə razıyam. Mən hesab edirəm ki, əvvəla bütün kitab satış nöqtələri, həmçinin qəzetlər böyük marketlərin içinə gətirilməlidir və orada da hansısa bir ayrı-seçkilik edilməli deyil.
Digər tərəfdən, əgər bunu ona görə edirlərsə ki, insanlar dinə gəlməsin - əksinə olacaq. Sovetdən çox dinə təzyilər olmadı ki. Nə qədər təzyiqlər olsa, o qədər camaatın marağı artacaq.

- Amma belə demirlər axı. Bunu təhlükənin qarşısını almaq üçün etdiklərini deyirlər.
- İnsanın inancının nə təhlükəsi ola bilər ki?! Təhlükə və inanc bir-birinə zidd anlayışlardır. O vaxt təhlükə olur ki, inanc toplumda yayılmır və din adına, inanc adına hoqqabazlar, din adına, inanc adına radikallar yaranır.Gerçək inanc yayılanda Şəhid Seyid Mübariz kimi insanlar yetişir ki, ibadət əhlidir, atasına yazdığı məktubda da qeyd edir ki, ibadət edin, namazlarınızda diqqətli olun və s. Mən bu mənada hesab edirəm ki, son illərdə dinə yanlış yanaşma olub və fobiya formalaşıb.

- Təşəkkür edirəm, İlqar bəy, minnətdaram.
- Sağ olun.
deyerler.org



Yerləşdirilib:11 Noyabr, 2011  17:40, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 1
Müəllif: evez | 9 Aprel, 2013  12:48
# Ответить
0


]]>]]>

maragli movzudur
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com