POPULYARXƏBƏRLƏR

Doğurdanmı bəzi ariflər riza məqamına çatdıqları üçün Allahdan heç nə istəməyib və dua etməyiblər?

Oxucu sual verir: Deyirlər ki, bəzi ariflər riza məqamına çatdıqları üçün Allahdan heç nə istəməyib və dua etməyiblər. Bu doğrudurmu?

Bu, yanlış bir düşüncədir. Bu məqama çatdığını iddia edən şəxs əslində arif və övliya deyil. Çünki mərifətdə ən uca məqam məsumlara məxsusdur. Peyğəmbərimiz (s) və imamlarımız (ə) ömürlərinin son anına kimi dua etmiş və bir an da duadan kənar qalmamışlar. Onların dilindən rəvayət edilən dualar İslam mətnlərinin mühüm hissələrindən birini təşkil edir. Əgər duadan ehtiyacsızlıq mümkün olsaydı, hamıdan əvvəl məsumlarımız bu məqama çatar və dua etməkdən əl çəkərdilər. Bütün insanlar Allaha ehtiyaclıdır. Allah, Ona ehtiyaclı olduğumuzu dilə gətirməyimiz üçün hər namazda Fatihə surəsinin sonunda dua məzmunlu ayələri oxumağımızı vacib edib. Allahdan maddi nə isə istəməməyi başa düşmək olar; hərçənd ki, hər kəsin başqasına möhtac olmamaq üçün ruzini də Allahdan istəməsi lazımdır. Mənəvi nemətləri – hidayət, iman, təqva, faydalı ömür və s. – Allahdan istəməmək isə nəinki insafdan deyil, həm də möminə yaraşmayan xüsusiyyətdir.



Yerləşdirilib:8 İyun, 2019  10:36, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 2
Müəllif: reshad | 9 İyun, 2019  07:49
# Ответить
+1


]]>]]>

Əs-Salamu Əleykum. "(Ya Rəsulum) de: “Əgər duanız (ibadətiniz) olmasa, Rəbbim sizə nə qiymət verər? Siz təkzib etdiniz. Buna görə də (nə dünyada, nə də axirətdə əzab) yaxanızdan əl çəkməyəcəkdir!” (əl-Furqan 25/77) "Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları sevməz!" (əl-Mumin 40/60) "Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! (Məni çağırın, harayınıza yetişərəm, yaxud yalnız Mənə ibadət edin, sizi mükafatlandıraram!) Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər!" (əl-Əraf 7/55) "(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər." (Bəqərə 2/186)
Müəllif: reshad | 9 İyun, 2019  07:58
# Ответить
+1


]]>]]>

Əs-Salamu Əleykum. (1-ci şərhimdə 2 və 3-cü Ayələrin nömrələrinin yerini səhvən dəyişik yazmışam.) "(Ya Rəsulum) de: “Əgər duanız (ibadətiniz) olmasa, Rəbbim sizə nə qiymət verər? Siz təkzib etdiniz. Buna görə də (nə dünyada, nə də axirətdə əzab) yaxanızdan əl çəkməyəcəkdir!” (əl-Furqan 25/77) "Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları sevməz!" (əl-Əraf 7/55) "Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! (Məni çağırın, harayınıza yetişərəm, yaxud yalnız Mənə ibadət edin, sizi mükafatlandıraram!) Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər!" (əl-Mumin 40/60) "(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər." (Bəqərə 2/186)
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Noy.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30      
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com