Xəbər verdiyimiz kimi, Qafqaz Müsəlmanlar İdarəsi sabah, mayın 6-da Azərbaycanda Ramazan ayının başlanmasına dair məlumat yayıb. Eyni zamanda bir çox ölkələr də Ramazan orucuna sabahdan başlayır. Bununla yanaşı, demək olar ki, bütün müctəhidlər, o cümlədən ayətullah Sistani, Xamenei, Şirazi, Xorasani və digərləri sabahkı günü Şaban ayının son günü elan ediblər. Onlara görə, Ramazan ayı mayın 7-də başlayacaq.
İslam.az olaraq həm mayın 6-dan, həm də mayın 7-dən Ramazan orucuna başlayan müsəlmanları bu mübarək aya qədəm qoymaları münasibəti ilə təbrik edir, ibadətlərinin Allah tərəfindən qəbul olmasını diləyirik.
Biz isə artıq sabahdan oruca başlamağı tövsiyyə edirik. Sabah üçün niyyət isə belədir: “Şaban ayıdırsa, Şaban ayının son gününün orucunu, Ramazandırsa – Mübarək Ramazan ayının ilk gününün orucunu tuturam, qürbətən iləllah” (qəza orucu olan şəxslər qəza niyyəti ilə tutsun). Sonrakı günlərdə isə artıq Ramazan ayının niyyəti edilir və hər kəs Fitr bayramına qədər öz müctəhidin fətvasına uyğun olaraq orucunu davam etdirsin.