Oxucu sual verir: İmam Hüseynə (ə) niyə Əba Əbdillah deyilir?
Ərəblərdə ənənə budur ki, insanlar özlərinə künyə qəbul edirlər. Künyə adətən, kişinin böyük oğlunun adı ilə bağlı olur. Məsələn, Əbu Mühəmməd künyəsini qəbul etmiş şəxs adətən böyük oğluna Mühəmməd adını verir. Amma burada istisnalar olması da mümkündür. Belə ki, bəzən böyük oğula deyil, digər oğullardan birinə künyədəki ad verilir. Həmçinin, bəzi hallarda atanın künyəsi onun oğlunun adını əks etdirməyə də bilər. İmam Hüseynin (ə) aşura günü qucağında oxla vurulub şəhid edilmiş südəmər körpəsinin adının Abdullah olduğunu yazırlar (körpənin digər adının Əliəsğər olduğu rəvayət edilib və dini ədəbiyyatda bu adla məşhurdur). Lakin İmam Hüseynin (ə) həmin körpə doğulmazdan əvvəl də Əbu Əbdillah künyəsini daşıdığı məlumdur.