POPULYARXƏBƏRLƏR

Bir şəxsə yeyilməsi haram olan ət məhsulları hədiyyə veriblərsə, həmin ərzaqla nə etsin?

Oxucu sual verir: Bir şəxsə yeyilməsi haram olan və ya şübhəli olan ət məhsulları (kolbasa, sosis) hədiyyə veriblər. Həmin ərzaqla nə etsin?

Qida insanın həm maddi, həm də mənəvi aləminə güclü təsir edən amillərdəndir. Haram qida insanın həm sağlamlığına, həm də mənəviyyatına ciddi zərbə vurur. Buna görə də haram qidadan hər zaman uzaq olmaq lazımdır. Bir şəxsə haram qida hədiyyə verilibsə, ya onu tullasın, ya da - əgər heyvanların yeyə biləcəyi qidadırsa – heyvanlara versin. Əlbəttə, əti yeyilən ev heyvanlarına o qidanı verməsi düzgün deyil, it, pişik və sairə kimi heyvanları bu qida ilə yedizdirə bilər. Bəzən insanlar haram qidanı özləri yemir, amma qohum-qonşuya hədiyyə edirlər. Deyirlər ki, “onsuz da onlar halal-harama riayət etmirlər, buna görə də onlara bu ərzağı vermək olar”. Bu düşüncə yanlışdır. Allahın haram buyurduqları hamı üçün qanundur. İnsan Allahın haram buyurduğu ərzağı özünə rəva görmürsə, başqasına da rəva görməməlidir.



Yerləşdirilib:10 Yanvar, 2018  10:23, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 7
Müəllif: rashad | 10 Yanvar, 2018  17:06
# Ответить
0


]]>]]>

Salam, Çox gözəl cavabdır, Allah (Cəllə Cəlaluh) razı olsun... Mən heç it, pişiyə də vermirəm elə məhsulları... Çox önəmli bir mövzuya toxunulub cavabda: "Qida insanın həm maddi, həm də mənəvi aləminə güclü təsir edən amillərdəndir. Haram qida insanın həm sağlamlığına, həm də mənəviyyatına ciddi zərbə vurur." Çox psixoloji problemlər də qidalanmadaki səhvlər nəticəsində yaranır. Xüsusən də genetikası dəyişdirilmiş (GDO'lu) məhsullar çox təhlükəlidir.
Müəllif: rashad | 10 Yanvar, 2018  17:07 | Ответ на #11820
# Ответить
0


]]>]]>

Ayrıca, qidanlanma mövzusunu İslami yöndən və mizaca (bədən tipinə), qan qruplarına görə oxumaq üçün Mehmet Ali Bulutun "Can Boğazdan Çıkar" adlı kitabı da çox gözəl kitabdır . Eyni zamanda Kemal Özerin də kitablarını oxuya bilərsiniz. Fikrinizin qarışmamağı üçün birdən-birə çox kitab adı vermirəm, amma isətəyən olsa başqalarını da yaza bilərəm.
Müəllif: rashad | 10 Yanvar, 2018  17:08 | Ответ на #11821
# Ответить
0


]]>]]>

Amma çox önəmli bir qeyd əlavə edim: Yuxarıda adını yazdığım kitabları oxuduqdan sonra hər şeyi birdən, eynilə tədbiq etməyə çalışmayın, özünüzə zərər vermiş olarsınız. Yavaş-yavaş və dünyada bir bənzəri olmayan bədəninizi tanıyaraq, öz təcrübələrinizi qataraq, nəsə narahatçılığınız, xəstəliyiniz varsa nəzərə alaraq, məsləhətləşərək və ən önəmlisi Allahdan (c.c) kömək istəyib, təvəkkül edərək tətbiq edin. Ayrıca müasir tibbin bəzi yalanlarına qarşı olduqlarına görə birdən-birə əzbəriniz pozulub, fikrinizin alt-üst olMamağı üçün səbrli və həzm edə-edə oxuyun, tətbiq edin. :)
Müəllif: rashad | 10 Yanvar, 2018  17:08 | Ответ на #11822
# Ответить
0


]]>]]>

Türkiyədən kitabları almaq özəl kargo ilə çox baha başa gəlir, amma poçt ilə (yenə də bir az baha olsa da) göndərən bəzi saytlar var. Elektron olaraq, ucuz qiymətə, mobil dəstəkli, çatdırılma xərci olmadan almaq üçün də yaxşı saytlar var, amma hər kitab olmur. Bir neçə Azərbaycan saytı da var çap versiyaları onlayn sifariş vermək və 1 günə çatdırılması üçün, amma baha satırlar bir az, həm də hər kitab olmur. Almaq istəyən olsa adlarını da yaza bilərəm. Belə saytlardan çox kitab almışam deyə təcrübəm var, təmənnasız kömək edə bilərəm almaq istəyən olsa. Salam və Dua ilə...
Müəllif: rashad | 10 Yanvar, 2018  17:13 | Ответ на #11821
# Ответить
0


]]>]]>

Rəhmətlik Dr. Salih Aidin "Gerçek Tıp" adlı, çox geniş və çox gözəl İslami tibb kitab yazmışdı. Həm də mizaca (bədən tipinə), qan qruplarına görə, ümumiyyətlə qidalanma ilə bağlı da geniş məlumatlar, məsləhətlər var. Kitabı elektron olaraq, bildiyim qədəri ilə sağlığında özünün də icazəsi ilə hazırlanmış ]]>https://gercek-tip.blogspot.com]]> adresindən oxuya bilərsiniz. Saytda solda mündəricat və yuxarıda axtarış sistemi də var. Daxil ola bilməsəniz başdakı "https://"ni silin, amma (o sayt üçün çox önəmli olmasa da) yazdığım kimi girməyiniz məsləhətdir internet təhlükəsizliyi baxımından.
Müəllif: rashad | 10 Yanvar, 2018  17:19 | Ответ на #11824
# Ответить
0


]]>]]>

Admindən xahiş edirəm, mümkündürsə yuxarıdakı axırıncı yazdığım şərhi 1-ci şərhimin altına yerləşdirsin, səhvən aşağıya düşdü. Və daha sonra bu yazdığımı qarışıqlıq düşməməsi üçün silərsiniz xahiş edirəm. Salam və Dua ilə...
Müəllif: rashad | 10 Yanvar, 2018  18:01
# Ответить
0


]]>]]>

Cavabda qeyd edilən bir mövzu ilə əlaqəli 2-ci Bəqərə Surəsinin ayələri yadıma düşdü: "267. Ey iman gətirənlər! Qazandığınız və sizin üçün torpaqdan yetişdirdiyimiz şeylərin (ən pak, halal və) yaxşılarından (Allah yolunda) sərf edin! Ancaq göz yumaraq aldığınız pis, yaramaz şeylərdən vermək fikrində olmayın! Bilin ki, Allahın heç bir şeyə ehtiyacı yoxdur. (O, hər cür) şükürə (tərifə) layiqdir! 268. Şeytan sizi yoxsulluqla qorxudaraq alçaq işlərə sövq edər, Allah isə (əksinə) sizə bağışlanmaq və bərəkət vədəsi verər. Allah (mərhəməti ilə) genişdir, (hər şeyi) biləndir." Salam və Dua ilə...
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Noy.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30      
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com