Kişilərin saxladığı saqqalın uzunluğu nə qədər olmalıdır?
Oxucu sual verir:Kişilərin saxladığı saqqalın uzunluğu nə qədər olmalıdır?
Hər şeydən əvvəl qeyd edək ki, şəriətə görə kişilərin ülgüc kimi dibdən qırxan alətlərlə üz qırxması ehtiyata görə haramdır. Bu hökmün izahı budur ki, müctəhidlər bu əməlin qəti surətdə haram olduğu barədə qəti dəlilə malik deyillər, əldə olan sübutlara əsasən bunu ehtiyata görə haram bilirlər. Saqqalın ölçüsünün aşağı həddi ürfə (adət-ənənətə və ictimai rəyə) bağlıdır. Yəni insanın üzündə ən azı o qədər tük olmalıdır ki, görənlər “üzündə saqqalı var” desinlər. Saqqalın uzunluğunun yuxarı həddi isə bir ovuc miqdarında qəbul edilib. Yəni insan saqqalını ovcu ilə sıxanda, uzunluğu dörd barmaq enindən kənara çıxmasın. Bu hədd müstəhəb sayılır, bundan uzun saqqal saxlamaq günah deyil.
Yenə Qurani-Kərimlə yaxından-uzaqdan əlaqəsi olmayan gic-gic, absurd mövzu və formullar...
MAİDƏ Surəsi 87-ci ayə: "EY İMAN GƏTİRƏNLƏR! ALLAHIN SİZƏ HALAL VƏ TƏMİZ BUYURDUĞU ŞEYLƏRİ (özünüzə) HARAM ETMƏYİN VƏ HƏDDİ AŞMAYIN. DOĞRUDAN DA, ALLAH HƏDDİ AŞANLARI SEVMƏZ!"
Ayədən bəlli olur ki, "ehtiyata görə haramdır." desələr belə, bu cür fətva vermək həddi aşmaqdır. "Əldə olan sübutlara əsasən bunu ehtiyata görə haram bilirlər." deyirsiniz. Qurani-Kərimdən sübutları yoxdur! Tam əksinə yuxarıda tərcüməsini yazdığım ayə bunun həddi aşmaq olduğunu bildirir. Qurani-Kərimi, ağlı və məntiqi bir kənara qoyub təqlidçilik edəndə yazdığınız absurd mövzu və formullar ortaya çıxır...
Rashad indi sən üzünü qırxırsan deyə hamı qırxmalıdır? Absurd mövzu filan deyil. Çox düzgün qeyd edilib. Özünü ağıllı bilirsən? İndi də Müctühidə irad tutursan...
Sadiq qardaş,
Mən üzümü qırxmıram, saqqal saxlayıram. Amma dini bir vacib kimi yox, özümə yaraşdırdığım üçün, xoşuma gəldiyi üçün və istədiyim formada saxlayıram.
Ayrıca, Müsəlman olaraq təbii ki, sübutumuz Qurani-Kərimdən olmalıdır. 43-cü ZÜXRUF SURƏSİ, 43 və 44-cü AYƏ:
43. BUNA GÖRƏ DƏ SƏN ÖZÜNƏ VƏHY OLUNANDAN (QURANDAN) YAPIŞ! HƏQİQƏTƏN, SƏN DÜZGÜN YOLDASAN.
44. ŞÜBHƏSİZ Kİ, O (QURAN) SƏNİN VƏ SƏNİN QÖVMÜN ÜÇÜN ŞƏRƏFDİR (şərəfli bir xatırlama, öyüd-nəsihətdir). VƏ SİZ MÜTLƏQ (QURANDAN) SORĞU-SUAL OLUNACAQSINIZ.
Müctəhidləri ilahlaşdırmayın! Hər insan alim ola bilər. Çünki onlar da bizim kimi Allahın (c.c) aciz bir qulu, bizim kimi adi bir insandır. Yazdıqları da Qurani-Kərim deyil! İnsan ağılları ilə, bilikləri ilə və başa düşdükləri qədər şərh ediblər. Amma müctəhidlərin əksəriyyəti ağılı, məntiqi, bəzən (bu mövzuda olduğu kimi) hətta Qurani-Kərimi yox, nəqli (yəni rəvayətləri) əsas götürdüyünə görə Qurana, fitrətə, ağıla, məntiqə tərs fətvalar çıxa bilir ortaya və ənənəvi din anlayışı ona görə xurafatlarla doludur... Ona görə də, müctəhidlərin bütün fikirlərini mütləq düzgün qəbul etmək düzgün deyil. Çünki dinin əsas mənbəyi Qurani-Kərimdir.
Məzhəblərin ortaya çıxışını təbii bir hal kimi qəbul edirəm, amma hansısa məzhəbə bağlanıb araşdırmadan təqlidi yaşamağa qarşıyam.
Ayrıca "Özünü ağıllı bilirsən?" deyə məntiqsiz sual verirsiniz. Allah (Cəllə Cəlaluh) hər insana ağıl verib və bir çox ayədə ağıldan istifadə etməyi əmr edib. Məsələn,
“BU SƏNƏ NAZİL ETDİYİMİZ MÜBARƏK BİR KİTABDIR Kİ, ONUN AYƏLƏRİ DÜŞÜNÜB DƏRK ETSİNLƏR VƏ AĞIL SAHİBLƏRİ DƏ İBRƏT ALSINLAR!” (SAD Surəsi 29-cu AYƏ).
"ALLAH AĞLINDAN İSTİFADƏ ETMƏYƏNLƏRDƏ MURDARLIQ ƏMƏLƏ GƏTİRƏR!" (YUNİS Surəsi 100-cü AYƏ)
Fikirləmi düzgün başa düşmək üçün daha ətraflı buna bənzər digər 2 mövzudakı şərhlərimi və müzakirəmi də aşağıdakı linklərə daxil olaraq oxuya bilərsiniz:
Qurani-Kərimin hər hansı ayəsinin hökmü sünnə vasitəsilə nəsx ola bilərmi? - ]]>http://az.islam.az/news/a-28394.html]]>
İnsanın təqlid etdiyi müctəhid dünyasını dəyişərsə, nə etməlidir? - ]]>http://az.islam.az/news/a-30877.html]]>
Salam və Dua ilə...
Sən Quranı orjinal ərəbcədən oxumusan yoxsa tərcuməni oxuyub alimlik edirsən?? Ay bala muctəhid bir ömur elm oxuyub səndə 2 ayə eşidib burda boş boş danışırsan Saqqal saxlamaq vacibdir din adından ağzınıza gələni danışmayın bunun hesabı ağırdır
Müəllif: rashad | 9 Yanvar, 2018 20:49| Ответ на #11730
Salam qardaş,
Xahiş edirəm, Qurani Kərimdən verdiyim ayələri diqqətlə oxuyun! Və fikirlərimi daha ətraflı, düzgün başa düşmək üçün yuxarıda verdiyim linklərə daxil olun, şərhlərimi və müzakirəmi də diqqətlə oxuyun, sonra yazın.
Salam və dua ilə...
Qurani Kərim ədəbiyyat kitabı deyil hamı öz ağlına uyğun yozub fətva versin.əvvəl get muctəhid kimdir nədir onu araşdır Quranda hər şey yazılmaz.Muctəhid Quran və sunnəyə əsasən fətva verir.bilmədən ordan burdan iki söz əzbərləyib alimlərin haqqına girməyin
Müəllif: rashad | 9 Yanvar, 2018 20:50| Ответ на #11733
Salam qardaş,
Xahiş edirəm, Qurani Kərimdən verdiyim ayələri diqqətlə oxuyun! Və fikirlərimi daha ətraflı, düzgün başa düşmək üçün yuxarıda verdiyim linklərə daxil olun, şərhlərimi və müzakirəmi də diqqətlə oxuyun, sonra yazın.
Salam və dua ilə...
Müəllif: rashad | 9 Yanvar, 2018 21:26| Ответ на #11733
"Quranda hər şey yazılmaz." deyirsiniz. ALLAH (CƏLLƏ CƏLALUH) da 6-cı ƏNAM Surəsi 38-ci ayədə "BİZ KİTABDA (QURANDA) HEÇ BİR ŞEYİ NƏZƏRDƏN QAÇIRMADIQ (ƏSKİLTMƏDİK). SONRA ONALAR RƏBBİNİN HÜZURUNA CƏM EDİLƏCƏKDİR.
Müəllif: rashad | 9 Yanvar, 2018 21:27| Ответ на #11741
Ayrıca mən dediyiniz kimi "ordan-burdan iki söz əzbərləyib" demirəm, QURANİ-KƏRİMDƏN AYƏ (DƏLİL) verirəm! Və bu mövzuda və yuxarıda linklərini verdiyim mövzularda müctəhidlərin dinin əsas mənbəyi, ALLAHIN SÖZÜ olan QURANİ-KƏRİMDƏN heç bir sübutları YOXDUR!
Salam və dua ilə...
Bir vaxt da bəziləri "Quran bizə kifayətdir"deyib Quranı gətirən Peyğəmbərin sözun inkar etdilər. Quran tək kifayət etdəydi Peyğəmbər İmamlar göndərilməzdi...
Müəllif: rashad | 9 Yanvar, 2018 21:00| Ответ на #11737
Salam qardaş,
Mən nə sünnəyə, nə də Əhli-beyt sevgisinə düşmən deyiləm, əksinə tərəfdarıyam. Sadəcə olaraq təqlidçiliyə, fanatizmə, radikalizmə qarşıyam və hər şeyin Qurani Kərimə, fitrətə, ağıla və məntiqə uyğun olaraq dəyərləndirilməsindən bəhs edirəm.
Salam və dua ilə...
Müəllif: rashad | 9 Yanvar, 2018 22:06| Ответ на #11738
Ayrıca "Quran tək kifayət etdəydi Peyğəmbər İmamlar göndərilməzdi..." deyirsiniz, amma səhv başa düşdüyünüz bir mövzu var, o da: Peyğəmbərimiz (Sallallahu Aleyhi Və Səlləm) sadəcə poçtalyon kimi yox, Quranı, Quran əxlaqını yaşayaraq nümunə olmaq üçün göndərilib və sünnə də odur. Yoxsa Qurani-Kərimdəki hansısa əskikləri tamamlamaq üçün göndərilməyib və bəzi müctəhidlərin, məzhəblərin dediyinin əksinə bunu etməyə icazəsi də olmayıb! ALLAH (CƏLLƏ CƏLALUH) da 41-ci FUSİLLƏT Surəsi 6-cı AYƏDƏ Peyğəmbərimizə (s.a.s) "(YA RƏSULUM) DE: “MƏN DƏ ANCAQ SİZİN KİMİ BİR İNSANAM. MƏNƏ VƏHY OLUNUR Kİ, SİZİN TANRINIZ TƏK OLAN ALLAHDIR. ONA TƏRƏF YÖNƏLİN VƏ ONDAN BAĞIŞLANMAĞINIZI DİLƏYİN.VAY MÜŞRİKLƏRİN (yəni ALLAHA ortaq qəbul edənlərin) HALINA!" buyurur. 6-cı ƏNAM Surəsi 38-ci ayədə isə "BİZ KİTABDA (QURANDA) HEÇ BİR ŞEYİ NƏZƏRDƏN QAÇIRMADIQ (ƏSKİK BURAXMADIQ). SONRA ONLAR RƏBBİNİN HÜZURUNA CƏM EDİLƏCƏKDİR." buyurur.
Müəllif: rashad | 9 Yanvar, 2018 22:06| Ответ на #11746
Şərhlərimdə yazdığım digər ayələrin tərcüməsini də oxuyun və ümumiyyətlə açın Qurani-Kərimi diqqətlə bir oxuyun! Quran ərəbcə oxumaq, sadəcə öpüb yüksək bir yerə qoymaq, ölülərə YaSin surəsini oxumaq və s. üçün yox, elə öz dilinizdə oxuyub, başa düşüb, əməl etməyiniz üçün Allah (Cəllə Cəlaluh) tərəfindən göndərilib. Göründüyü kimi tərcümə olsa belə Qurani-Kərimdə hər şey necə açıq-aydın, sadə dillə bildirilib... Başqa mövzularda çox tərcümə səhvləri də olur, o başqa mövzudur, amma bir az araşdırsanız onları da düzgün başa düşə bilərsiniz. Ona görə də mən təqlidçiliyə, məzhəbçiliyə qarşıyam və hər şeyin Qurani-Kərimə, fitrətə, ağıla və məntiqə əsasən dəyərləndirilməsinin tərəfdarıyam...
Salam və dua ilə...
Müəllif: rashad | 9 Yanvar, 2018 22:15| Ответ на #11748
Cox gozel ve tamamlanmish bir cavab. Qurani-Kerime esaslanmish cavabdan sonra ne elave etmek olar? Cox teessuf ki bezi muselman qardashlarimiz diqqetle Qurani oxumaq evezine,oz agillarini ishe salmaq evezine tanimadiqlari,hec vaxt gormedikleri mucdehidin sozune guvenirler. Beli,bilmedikleri alimden sorushmaq lazimdir,amma o demek deyil ki oz aglini umumiyyetle ishletmek ehtiyaci itib. Sizinle tam raziyam,qardash.
Müəllif: rashad | 9 Yanvar, 2018 22:58| Ответ на #11751
Allah (Cəllə Cəlaluh) razı olsun, qardaş, çox təşəkkür edirəm. :) Axır ki, mənimlə eyni fikirdə olan, ağlından istifadə edən biri şərh yazdı... Salam və Dua ilə...
Reshad adli oxucumuz! Evvela, sizin herden bir yazdiginiz sherhleri goruruk ve geldiyimiz netice budur ki, siz sayta yalniz tehqir etmek, ozunuzu agilli gostermek uchun nese yazirsiz. Bir seviyyeniz olsun
Ikincisi, oxudgunuzu qavramirsizsa, bu sizin problemdi.
Qavramadiginiz ise budur ki, biz fetva vermirik, biz qoyulmush suala cavab vermishik ve saqqal barede olan reyleri yazmishiq. Bizim sizden ferqli olaraq camaatin saqali ile ishimiz yoxdur, isteyen saxlayar, isteyen qirxar.
Qavramadigniz diger mesele ise umumen fiqh usuluna aid oldugu uchun, onu demeye de ehtiyac gormuruk. Onu qavramaga uzun muddet tehsil ve mentiq lazimdi.
Müəllif: rashad | 10 Yanvar, 2018 19:54| Ответ на #11834
Adminstrator! Əvvəla, siz mənim haqqıma girirsiniz! Çünki Allah (c.c) şahidimdir ki, mənim məqsədim nə özümü göstərmək, nə də təhqir etmək deyil! Tam əksinə mən yazdıqlarımın hər incəliyinə fikir verərək və mövzunu təqib edib hər şərhə də eyni həssaslıqla saatlarımı sərf edib sırf Allah rızası üçün cavab yazıram. Və məqsədim sizin İslam adına təqdim etdiyiniz bunun kimi bəzi mövzuların Qurani-Kərimlə və İslamla heç bir əlaqəsinin olmadığı, uydurma hədislərə əsaslanaraq Qurani-Kərimin, ağılın və məntiqin bir kənara qoyularaq, yenə bunun kimi bir çox mövzularda uydurma hədisləri əsas götürən fiqh üsulun barədə oxuyucularınıza xəbərdarlıq etməkdir.
Müəllif: rashad | 10 Yanvar, 2018 19:55| Ответ на #11840
İkincisi siz qavramırsınız ki, mən sizə "fətva verirsiniz" demədim və heç kimin də saqqalına qarışacağım yoxdur! Sizə Qurani-Kərimdən açıq-aydın AYƏLƏR (DƏLİLLƏR) yazmışam və bunların heç birinə nə siz, nə də başqası cavab verə bilmir, yazdığım ayələrə cavab olaraq "2 ayə eşidib burda boş-boş danışırsan" deyirlər . Özünə Müsəlman deyən necə belə cavab verər Qurani-Kərimdən göstərdiyim AYƏYƏ?!..
Müəllif: rashad | 10 Yanvar, 2018 19:55| Ответ на #11841
Fiqh üsulu ilə bağlı isə onu deyim ki: Bir çox mövzuda uydurma hədislərə, rəvayətlərə əsaslanan, hətta hədislə ayəni nəsx edən (hökmünü ləğv edən), fitrəqi, ağılı, məntiği bir kənara qoyan, belə və bənzər mövzularla dolu, obsesif (OKB'li yəni vasvası) insalara böyük çətinliklər törədən və s. fiqh üsulunu əsrlər öncə ortaya atıb, adını da elm qoyublar, bunu da təhsil sisteminə çeviriblər... Amma Qurani-Kərimin özünün özünü təfsir edən xüsusiyyətindən danışan yoxdur. Və İslamafobiyanın mənbəyi olan təqlidçilik, fanatiklik, radikalizm baş alıb gedir... Daha doğrusu gedirdi, amma axır zamanlarda dünyada Müsəlmanlar Qurai-Kərimə yönəlib, fitrətə, ağıl və məntiqə önəm verənlər artıb və bunun bütün dünyanı əhatə etməsinə də sadəcə bir neçə il qalıb... :)
Müəllif: rashad | 10 Yanvar, 2018 20:00| Ответ на #11842
Hormetli administrator. Menim sizin saytiniza ve saytinizda calishan museman qardashlarimiza boyuk hormetim var. Lakin sizin bu gunki yazdiginizi oxuyannan sonra cox pis oldum. Oxucular oz sherhlerini yazirlar ve bu onlarin ve menim hemcini haqqimizdir. Tem bolee bir oxucu ki muqeddes Qurani-Kerimden ayeleri delil kimi getirir. Her bir imanli muselmanin borcudur ki bildiyi heqiqrti delelle desin,susmasin. Men onun mentiqini basha dushurem ve tesdiqleyirem,demeli siz meni de tehqir etdiz? Neye gore loru dilde kobud ifadeleri ishleden oxuculari sherh etmirsiz,amma mentiqli ve ayelerle esaslanmish fikiri olan insanin sherhine bele keskin mudaxile edirsiz. Heqiqeten pis oldum. Biz muselmaniq. Artiq hecne demek istemirem. Buyurun,meni de sherh ede bilersiniz.
Müəllif: rashad | 11 Yanvar, 2018 01:36| Ответ на #11859
Allah (c.c) razı olsun, qardaş, çox təşəkkür edirəm dəstəyiniz üçün! :) Sizin kimi insanlar çoxdur, bilirəm, amma mən çox az rast gəlirəm...
Xüsusi vurğuladığınız bir mövzu üçün də ayrıca minnətdarlığımı bildirirəm: o da ondan ibarətdir ki, dediyiniz - "Neye gore loru dilde kobud ifadeleri ishleden oxuculari sherh etmirsiz,amma mentiqli ve ayelerle esaslanmish fikiri olan insanin sherhine bele keskin mudaxile edirsiz." Əgər mənim bircə dənə ilk şərhimdə işlətdiyim "gic-gic" kəliməsini təhqir kimi qəbul etdilərsə, mən onu Türklərin hər yerdə işlətdiyi "saçma-sapan" sözü kimi işlətdim türkçe yazmamaq üçün və onu da ümumi mövzu haqqında işlətdiyimə görə, kiməsə xüsusi yönləndirmədiyimə görə yazan şəxsə təhqir olaraq qəbul ediləcəyini təxmin etmədim, o niyyətlə yazmadım... Mənim yazdıqlarımın hamısı tənqiddir, təhqir deyil.
Müəllif: rashad | 11 Yanvar, 2018 01:37| Ответ на #11864
TAHA Surəsindən: 99. (Ya Rəsulum!) Keçmişin xəbərlərinin (olub keçənlərin) bir qismini sənə belə nağıl edirik. Sənə Öz dərgahımızdan (insanların düşünüb daşınması, ibrət alması üçün) Quran da vermişik! 100. HƏR KƏS ONDAN ÜZ DÖNDƏRƏRSƏ, şübhəsiz ki, qiyamət günü ağır bir günaha yüklənəcəkdir. 101. Belələri onda (o günah yükünün altında, cəhənnəm əzabında) əbədi qalacaqlar. Qiyamət günü onların daşıyacağı yük necə də pisdir!
Müəllif: rashad | 11 Yanvar, 2018 02:17| Ответ на #11869
Yenə TAHA Surəsindən:
124. HƏR KƏS MƏNİM ÖYÜT-NƏSİHƏTİMDƏN (QURANDAN) ÜZ DÖNDƏRƏRSƏ, güzəranı daralar və Biz qiyamət günü onu məhşərə kor olaraq gətirərik!”
125. O belə deyər: “Ey Rəbbim! Nə üçün məni məhşərə kor olaraq gətirdin, halbuki mən (dünyada hər şeyi) görürdüm!”
126. (Allah) buyurar: “Elədir, amma sənə ayələrimiz gəldi, sən isə onları unutdun. Bu gün eləcə də sən unudulacaqsan!”
127. Biz (Allaha şərik qoşmaqla, küfr etməklə) həddi aşanları və RƏBBİNİN AYƏLƏRİNƏ İMAN GƏTİRMƏYƏNLƏRİ də belə cəzalandırırıq. Axirət əzabı isə, şübhəsiz ki, daha şiddətli, daha sürəklidir!
Müəllif: rashad | 11 Yanvar, 2018 02:26| Ответ на #11872
2-ci BƏQƏRƏ SURƏSİ:
27. Rəbbinin kitabından sənə vəhy olunanı oxu. Onun sözlərini heç kəs dəyişdirə bilməz. (Allahdan) başqa heç bir sığınacaq tapa bilməzsən! (Pənah yalnız Allahadır!)
54-cü QƏMƏR SURƏSİ: 32. And olsun ki, Biz Quranı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə ASANLAŞDIRDIQ. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!
20-ci TAHA SURƏSİ: 1. Ta, Ha! 2. BİZ QURANI SƏNƏ MƏŞƏQQƏT ÇƏKMƏYİN ÜÇÜN ENDİRMƏDİK! (Peyğəmbər ayaq üstə, barmaqlarının ucunda durub o qədər namaz qılmışdı ki, mübarək qıçları şişmişdi). 3. (Biz onu Allahın əzabından) qorxan bir kimsəyə yalnız öyüd-nəsihət olaraq (göndərdik).
Müəllif: rashad | 11 Yanvar, 2018 02:42| Ответ на #11873
39-cu ZÜMƏR Surəsi:
22. Məgər Allahın köksünü (qəlbini) islam üçün açmaqla Rəbbindən nur üzərində olan kəs (qəlbi möhürlənmiş kimsə kimi ola bilərmi)?! [Və ya: Məgər Allahın köksünü (qəlbini) islam üçün açdığı kəs Rəbbindən bir nur üzərində deyilmi?!] ELƏ ISƏ VAY QƏLBLƏRI ALLAHIN ZİKRİNƏ (QURANA) QARŞI SƏRT OLANLARIN HALINA! ONLAR (HAQQ YOLDAN) AÇIQ-AYDIN AZMIŞLAR!
23. Allah sözün ən gözəlini (Quranı, ayələri) bir-birinə bənzər, (xəbərləri və hekayətləri, əmrləri və qadağanları, vədləri və təhdidləri) təkrarlanan bir kitab şəklində nazil etdi. Ondan (Quranın təhdidlərindən) Rəbbindən qorxanların tükləri biz-biz olar. Allahın zikrindən (öyüd-nəsihətlərindən, vədlərindən) sonra ürəkləri yerinə gəlib qorxuları gedər. BU (QURAN) ALAHIN HİDAYƏTİDİR. ONUNLA İSTƏDİYİNİ DOĞRU YOLA YÖNƏLDƏR. Allahın (küfr edəcəyini əzəldən bildiyi üçün və onun iradəsinə uyğun olaraq) yoldan çıxartdığı kimsəyə isə heç bir yol göstərən olmaz!
Müəllif: rashad | 11 Yanvar, 2018 04:00| Ответ на #11875
Və asas mövzu ilə əlaqəli AYƏNİ (DƏLİLİ) təkrar xatırladıram:
MAİDƏ Surəsi 87-ci ayə: "EY İMAN GƏTİRƏNLƏR! ALLAHIN SİZƏ HALAL VƏ TƏMİZ BUYURDUĞU ŞEYLƏRİ (özünüzə) HARAM ETMƏYİN VƏ HƏDDİ AŞMAYIN. DOĞRUDAN DA, ALLAH HƏDDİ AŞANLARI SEVMƏZ!"
Müsəlman olaraq əgər Qurani-Kərimə hörmətiniz varsa, xahiş edirəm, yuxarıda yazdığım, həm əsas mövzu ilə əlaqəli, həm də dinin əsas mənbəyinin Qurani-Kərim olduğu ilə əlaqəli o qədər AYƏYƏ (DƏLİLƏ) cavab verin. Yoxsa yenə "təqlid, fiqh üsulu, adət-ənənə" və s. deməyin...
Salam və Dua ilə...
Ayrıca, bəzi məzhəblərin, müctəhidlərin və onları təqlid edənlərin "Quranda hər şey yazılmaz..." dediklərinin əksinə, QURAN ƏSKİK DEYİL və özü özünü təfsir (izah) edən xüsusiyyəti var. Aşağıdakı AYƏLƏR (DƏLİLLƏR) bunu açıq-aydın isbat edir!
Müəllif: rashad | 11 Yanvar, 2018 17:22| Ответ на #11933
54-cü QƏMƏR SURƏSİ: 32. And olsun ki, Biz Quranı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə ASANLAŞDIRDIQ. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!
Müəllif: rashad | 11 Yanvar, 2018 18:02| Ответ на #11937
11-ci HUD Surəsi:
1. Əlif, Lam, Ra! Bu, ayələri hikmət sahibi, (hər şeydən) agah olan (ALLAH) tərəfindən möhkəmlənmiş, SONRA DA MÜFƏSSƏL (ətraflı) İZAH EDİLMİŞ BİR KİTABDIR ki,
2. SİZ ALLAHDAN BAŞQASINA İBADƏT ETMƏYƏSİNİZ! Mən sizi Allah tərəfindən (Cəhənnəmlə) qorxudan və (Cənnətlə) müjdələyənəm.
Müəllif: rashad | 11 Yanvar, 2018 18:26| Ответ на #11942
Yuxarıdakı 2-ci AYƏDƏ (DƏLİLDƏ) "İBADƏT ETMƏYƏSİNİZ" deyə tərcümə olunan ərəbcəsi تَعْبُدُوا [ellâ (en lâ) ta'budû] "QULLUQ ETMƏYƏSİNİZ" deyə də tərcümə edənlər çoxdur və Qurani-Kərimdə bir çox yerdə "QULLUQ ETMƏYİN" mənasında işlənir və ona görə də mən o tərcümənin tərəfdarıyam.
Çünki Qurani-Kərimdə keçən ALLAHA QULLUQ çox şeyi, insanın bütün həyatını əhatə edən, çox geniş mənalı bir sözdür... Odur ki, TƏQLİDÇİLƏRƏ SƏSLƏNİRƏM və yuxarıdakı (Şanı Uca Olan) ALLAHIN SÖZÜNƏ, AYƏLƏRİNƏ asaslanaraq xəbərdarlıq edirəm: Sorğulamağınız, araşdırmağınız - səhih mənbələrdəki hədisləri, bütün müctəhidlərin, alimlərin, dərvişlərin, professorların və s. fikirlərini Qurani-Kərim, fitrət, ağıl və məntiq süzgəcindən keçirərək istifadə etməyiniz, amma HEÇ KİMƏ YOX, MÜCTƏHİDLƏRƏ YOX, TƏK OLAN, ŞANI UCA OLAN ALLAHA QULLUQ ETMƏYİNİZ diləyi ilə... Quranın özü-özünü təfsiri (izahı) ilə bağlı isə ]]>www.suleymaniyevakfimeali.com adresindən, amma yenə diqqətli olaraq istifadə edə bilərsiniz. Salam və Dua ilə...
Müəllif: rashad | 11 Yanvar, 2018 19:17| Ответ на #11945
Qeyd: "yuxarıda" arxasınca da ALLAHIN SÖZÜ yazmağım da "vahhabisənmi?!" və s. deyə yozulmasın, "yuxarıdakı şərhlərimdə yazdığım" mənasında demək istədim sadəcə... :) Salam və Dua ilə...
Qabağıma elə bu mövzular ilə əlaqəli çox gözəl bir məqalə çıxdı, onu da paylaşmaq istəyirəm. - ]]>http://tovhid.info/eqide/437-teqlid-nedir.html]]> Vəsilə olan(lar)dan, yazandan və bütün əməyi keçənlərdən Allah (c.c) razı olsun!.. Məqalədə TÖVBƏ SURƏSİNİN 31-ci AYƏSİ VƏ DİGƏR 2 AYƏ [ƏZ-ZUXRUF 23-24, ƏL-ƏNBİYƏ 52-53] TƏQLİDÇİLİYƏ QARŞI DƏLİL olaraq göstərilib və mövzu ilə əlaqəsinin izahı da verilib. Salam və Dua ilə...
Müəllif: rashad | 14 Yanvar, 2018 13:12| Ответ на #12128
TÖVBƏ SURƏSİ 31-ci AYƏ:
ONLAR ALLAHI QOYUB ALİMLƏRİNİ VƏ RAHİBLƏRİNİ, MƏRYƏM OĞLU MƏSİHİ ÖZLƏRİNƏ TANRILAR (RƏBBLƏR) QƏBUL ETDİLƏR. HALBUKİ ONLARA ANCAQ BİR OLAN ALLAHA QULLUQ/İBADƏT ETMƏK ƏMROLUNMUŞDU. ONDAN BAŞQA HEÇ BİR TANRI YOXDUR. ALLAH PAKDIR, MÜQƏDDƏSDİR. ONA ŞƏRİK QOŞULAN ŞEYLƏRLƏ HEÇ BİR ƏLAQƏSİ YOXDUR!