Ayətullah Mərəşi Nəcəfi: “Mən özümdən sonra varislərim üçün dünya malından heç nə qoymamışam. Əlimə çatan hər şeyi camaata, xüsusilə, elm adamlarına xərcləmişəm. Hətta şəxsən mənim üçün camaatın nəzir deyib verdiyi pulları da elm əhlinə paylamışam. Tezliklə dünyadan gedəcəyəm, amma məndən sonra qalanlar üçün dünya malından heç nə qoymamışam. Kərim olan Allahı onlara vəkil etmişəm. Ey bəsirət əhli, bundan ibrət alın!”
("İrfan əlifbası: ariflərdən öyüdlər" kitabından)