Azərbaycan ərazisindəki Haça qaya ziyarətgahının İmam Əli (ə) ilə əlaqəsi həqiqətən varmı?
Oxucu sual verir:Azərbaycan ərazisindəki Haça qaya ziyarətgahının İmam Əli (ə) ilə əlaqəsi həqiqətən varmı?
Tovuz rayonu ərazisində yerləşən Haça qaya adlı məkan xalq içində Həzrət Əlinin (ə) adı ilə əlaqələndirilir. Əfsanəyə görə, İmam Əli (ə) bu yerlərdə güclü bir kafir pəhləvanın olduğunu eşidib, onu məğlub etmək üçün gəlir, həmin pəhləvanın bədənini yerdən üzüb çaya atır. Bu yerdə iri bir qaya var, sanki onu ortadan kəsib iki yerə ayırıblar. Əfsanədə deyilir ki, İmam Əli (ə) həmin pəhləvanla savaşanda qayanı öz qılıncı ilə vurub iki yerə bölübmüş. Haça qayanın yaxınlığında ziyarət edilən əl və ayaq izlərinin də İmam Əliyə (ə) aid olduğuna inanırlar. Əlbəttə, bu ziyarətgahın İmam Əli (ə) ilə bağlanmasının səbəbi yalnız xalqın məhəbbətidir, onun dini əsası yoxdur. Qeyd edilən əfsanə heç bir tarixi mənbədə öz təsdiqini tapmayıb.
Hz.Eli.e.ele bir heqiqetdir ki,feziletleri haqda ne qeder yazilir,deyilir,yene azdir,O bir guneshdir ki,nuru hech vaxt sonmeyecek...Odur ki,efsanelere ehtiyac yoxdur,dogrusu,men bu efsaneye inanmiram.
Lap tutaq ki, el ayaq izleri var, axi orani ziyarete cevirmek duzgun deyil. Ondansa Nehcul-Belagani oxuyun emel edin, daha cox savab qazanmaq olar. Illerdi sieliyini ele bunlara gore gozden salmaga calisiblar.
Eger heqiqeten orada hz.Elinin izleri olsaydi,orani ziyaret etmek niye duzgun olmasin?! Nece ki,Muqeddes Necef,Kerbela ve diger pak yerleri ziyaret edirik.Shubhesiz hz.Elinin.e.qedeminin deydiyi yerde mubarekdir...
Amma bu efsane oldugu ucun,delil subut olmadigi uchun burani ziyaret etmek mence lazim deyil.
Shieliyi ise hech ne gozden sala bilmez.