Oxucu sual verir: Ramazan ayında səfərə çıxmaq olarmı?
Ramazan orucu insanın Allah qarşısında hər il yerinə yetirməli olduğu bir aylıq fürsətdir. Əsl möminlər Ramazan ayının gəlişini səbirsizliklə gözləyir, bu ayın bərəkətindən faydalanmağa can atırlar. Ramazan ayında ehtiyac olmadan, gəzinti və ya istirahət məqsədi ilə, eləcə də, orucluqdan qaçmaq üçün səfərə çıxmaq məkruhdur (bəyənilmir), amma günah deyil. Səfərə çıxan adam (müsafirin şərtlərinə cavab verirsə) oruc tutmaqdan azaddır, lakin sonra tutmadığı orucları mütləq qəza etməlidir. Əlbəttə, çox zəruri səbəb üzündən səfərə çıxmağın maneçiliyi yoxdur və bu işdə məkruhluq görünmür.
Əleykəssalam. Əgər səfərə çıxıb bir məntəqədə 10 gün və daha artıq qalacağınızı əvvəlcədən bilirsinizsə, o zaman orda da oruc tutmalısınız. səfər 10 gündən az davam edəcəyi təqdirdə oruc tutulmur, Ramazan ayı bitəndən sonra qəzası tutulur
Müəllif: Asya | 2 İyun, 2017 15:20| Ответ на #5543
Əgər səfərə zöhr azanından sonra çıxsanız və getdiyiniz məntəqə vətənininz deyilsə, o zaman həmin gün oruc tutmursunuz və bu gün də səfərin ilk günüdür. Əgər səfərə zöhr azanına qədər çıxsanız və Siz qalacağınız yerə zöhr azanına qədər çatacaqsınızsa, o zaman orucu tutursunuz, səfər isə növbəti gündən hesablanır. Yox, əgər zöhr azanına qədər çatmayacaqsınızsa, o zaman tərəxxüs həddini (22,5 km) keçdikdən sonra orucunuzu aça bilərsiniz və bu gün də səfərin ilk günü olacaq.
Müəllif: Asya | 3 İyun, 2017 10:19| Ответ на #5547
İndi məndə vəziyyət belədi ki, Bakıda işləyirəm qalıram, rayonda da valideynlərimin yanına gedirəm, bugün gedib səhəri qayıdacam. Hər iki yer vətən sayılır da mənə? Onda zöhr azanına qədər çatsam da, çatmasam da tuta bilərəm?
Müəllif: Administrator | 3 İyun, 2017 22:46| Ответ на #5555