Qurani-Kərimin hər hansı ayəsinin hökmü sünnə vasitəsilə nəsx ola bilərmi?
Oxucu sual verir:Qurani-Kərimin hər hansı ayəsinin hökmü sünnə vasitəsilə nəsx ola bilərmi?
Nəsxin, yəni hökmün ləğv olunub yeni bir hökmlə əvəz edilməsinin bir neçə növü vardır ki, onlardan biri də Quran ayəsinin hökmünün sünnə vasitəsilə nəsx olmasıdır. Quran ayəsinin hökmünün mütəvatir hədis vasitəsilə nəsx ola bilməsini əksər ailmlər qəbul etmişlər. Burada diqqət yetirilməli məsələ hədisin məhz mütəvatir olmasıdır, yəni müxtəlif zamanlarda müxtəlif fərqli ravilər tərəfindən rəvayət edilməsidir. Tək hədis (yəni vahid xəbər) Quranı nəsx edə bilməz. Mütəvatir hədisin ayəni nəsx edə bilməsini bir çox alimlər qəbul etmişlər, amma bəzi alimlər də buna qarşı çıxmışlar. Əhli-sünnə məzhəbində İmam Şafii, şiə məzhəbində Şeyx Müfid və Əllamə Əsgəri bunu qəbul etməmişlər. Belə bir halın nəzəri cəhətdən mümkün olmasını əksəriyyət qəbul etsə də, konkret misallara gəlincə, fikirlər fərqlənir. Bəzi alimlər sünnə tərəfindən ayənin hökmünün nəsx olduğuna misallar gətirmişlər (məsələn, Nisa surəsinin 15-ci ayəsindəki zinakarlarla bağlı hökm). Bəzi alimlərə görə isə belə bir hal nəzəri cəhətdən mümkün olsa da, həyatda baş verməmişdir.
Nəzəri olaraq çox şey mümkün ola bilər. Amma Allah (Cəllə Cəlaluh) insana ağıl, məntiq verib. Ağıl və məntiq də belə bir şeyin ən böyük günah şirk (yəni Allaha ortaq qəbul etmək) olduğunu deyir insana.
Müəllif: rashad | 30 Mart, 2017 15:19| Ответ на #5226
Bu arada haşiyəyə çıxmaq istəyirəm: ağıl və məntiq insana verilmiş təməl əməliyyat sistemi kimidir. Nə qədər çox program ya da application (yəni bilgi, amma doğru bilgi) yüklənilsə o sistemdən o qədər yaxşı, geniş, məqsədəuyğun istifadə etmək olar. Eyni zamanda necə ki, programları yükləyərkən əməliyyat sisteminə uyğun olmalıdır, onun kimi də beyninizə yüklədiyiniz bilgi də ağıl və məntiqə uyğun olmalıdır. Ona görə də insanın nə qabağına çıxan hər bilgini doğru hesab etməyi, nə də qabağına çıxan hər mövzuda öz ağıl və məntiqinə güvənməyi doğru deyil. Və bu səbəbdən alimlər dəyərli insanlardır, elə ona görə alimdirlər. Amma alimləri ilahlaşdırmayın, (!) (hər insan alim ola bilər) çünki onlar da bizim kimi Allahın aciz bir qulu, bizim kimi adi bir insandır.
Müəllif: rashad | 30 Mart, 2017 13:54| Ответ на #5227
Hətta Allah (c.c) Qurani Kərimdə, Fussilət surəsi 6-cı ayədə peyğəmbərimizə (s.a.s) "(Ya Rəsulum!) De: “Mən də ancaq sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin tanrınız bir olan Allahdır. Ona tərəf yönəlin və Ondan bağışlanmağınızı diləyin. Vay müşriklərin (yəni Allaha ortaq qəbul edənlərin) halına!" buyurur.
Müəllif: rashad | 30 Mart, 2017 14:07| Ответ на #5227
Bizim millətin dilində "Ya Əli, Ya Həzrət Abbas" və s. kimi çağırışlar var ehtiyac duyulan kimi; - niyə "Ya Allah" deyil? Bütün güc və qüdrət Allahın (c.c) əlində olduğu halda - onlar da Allahın aciz bir qulu, bizim kimi insan deyilmi?
Müəllif: rashad | 30 Mart, 2017 14:13| Ответ на #5232
Zamandan ve məkandan asılı olmayaraq dua vasitəsi ilə birbaşa Allah (c.c) ilə əlaqə yaratmaq, Gözəl İsimləri ilə bağışlanmaq diləmək, kömək istəmək və s. mümkündür. Furqan surəsi 77-ci ayədə "Ya Rəsulum, de: “Əgər duanız olmasa, Rəbbim sizə nə qiymət verər?" buyuran Rəbbimiz (c.c) Qaf surəsi 16-cı ayədə də "Biz ona şah damarından da yaxınıq!" buyurur.
Müəllif: rashad | 30 Mart, 2017 14:17| Ответ на #5233
Çünki bütün kainat, (bədənimiz və s. də daxil olmaqla) Allahın gözəl isimlərinin (Əsma-i Hüsnanın) təcəllisidir. Günəş misalı; Necə ki günəşin işığı ilə hər tərəf aydınlanır, istiliyini hiss edirik, D vitamini qəbul edirik və s. Günəş hər yerdədir, amma günəşin özü bunların heç birinə bənzəmir. Bu mövzularda daha ətraflı məlumat üçün Mehmet Ali Bulutun (xüsusilə "Ruhun Deşifresi", "Ey Rabbim Dualarımı Kabul Eyle" ve "Fardipli SinHa, "Derviş ve SinHa" kitablarını) və Ahmed Hulusinin (xüsusilə "Dua ve Zikir") elmi sintezli kitablarını tövsiyə edirəm.
Müəllif: rashad | 30 Mart, 2017 14:34| Ответ на #5232
Hətta bu saytda "Diləyi olanlar bəzən müqəddəs şəxslərə ərizə yazırlar. Bu düzgündürmü?" deyə bir məqalə var. (http://az.islam.az/news/a-27555.html)Yuxarıdakı verdiyim sualı verirəm bu mövzuda da. Belə bir şey etmək (niyyətə bağlı olaraq) ən böyük günah olan şirkdir: yəni Allaha (c.c) ortaq qəbul etmək, Allahdan başqasından mədət ummaq.
Mövzuya qayıtsaq, sünnə mövzusuda onun kimi. Yoxsa çox İŞİD və bənzər əqidəlilər çıxar və mövcuddur da. Məqalədə adını çəkdiyiniz alimlər (İmam Şafii, Şeyx Müfid və Əllamə Əsgəri) bu nəsx mövzusunda bilgilərini ağıl və məntiqləri ilə dəyərləndiriblər, alimlik də budur. Digərləri isə sadəcə bilgiləri (!) ilə, açıq danışaq. Mütəvatir hədis deyirsiniz, amma ən sağlam hesab olunan mənbələrdə belə Qurani Kərimə, ağıla, məntiqə, tarixi hadisələrə və s. uyğun olmayan, eləcə də siyasi məqsədlər üçün uydurulmuş ya da sonradan dəyişdirilmiş, əlavə olunmuş, tərcümə səhvləri ilə, səhv şərhlərlə və s. onlarla, yüzlərlə, bəlkə minlərlə hədis var. Çox uzun mövzulardır... Bu mövzuda da çətin bir imtahan içərisindədir günümüz insanları və xəbərdarlıq da edilib Qurani Kərimdə: "Allah ağlınından istifadə etməyənlərdə (fikri) murdarlıq əmələ gətirər." (Yunis surəsi 100-cü ayə)
Alimləri ilahlaşdırıb, əsərlərinin adını da "təqlid kitabı" qoyub heç nə araşdırmadan robot kimi təqlid edib radikal davrananların; elmi, dini və fəlsəfəni məntiqsiz olaraq bir-birindən ayrı hesab edənlərin şərhimə yaza biləcəkləri bəzi etirazlarına əvvəlcədən deyim ki: təqlidçilik, fanatiklik cahillikdən irəli gəlir, ağlın qapısı birdəfəlik bağlayır, Allahın (c.c) verdiyi ağıldan istefa etməkdir və İslamafobiyanın mənbəyidir. Təkrar vurğulamaq istəyirəm: "Allah ağlınından istifadə etməyənlərdə (fikri) murdarlıq əmələ gətirər." (Yunis surəsi 100-cü ayə)
Və əsas mövzu ilə əlaqədar olaraq Fussilət surəsi 6-cı ayəni təkrar vurğulayaraq şərhimi yekunlaşdırıram:
Bismillahir–rəhmanir-rəhim!
6. (Ya Rəsulum!) De: “Mən də ancaq sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin tanrınız bir olan Allahdır. Ona tərəf yönəlin və Ondan bağışlanmağınızı diləyin. Vay müşriklərin (yəni Allaha ortaq qəbul edənlərin) halına!
Rəşad bəy, şərhlərinizdə mövzuları bir-birinə qarışdırmısız. Belə görübür ki, Peyğəmbər sünnəsi ilə, Əhli-beyt sevgisi ilə, təvəssüllə düşmənçiliyinizi bildirmək üçün gözəl fürsət əlinizə düşüb və bu düşmənçiliyi yəqin ki uzun illərdir ürəyinizdə gəzdirirsiz...
İmam Şafii, Şeyx Müfid və Əllamə Əsgərinin ağıl və məntiqlə, digərlərinin isə sadəcə bilgi ilə davrandıqlarını düşünməyiniz də sizin cahilliyinizdən irəli gəlir. Çünki hər iki məzhəbdə az sayda alimləri çıxmaqla bir məsələdə ittifaq edən minlərlə alimi ittiham etmək yalnız cahillik kimi dəyərləndirilə bilər.
Müəllif: rashad | 31 Mart, 2017 12:32| Ответ на #5238
Mən mövzuları bir-birinə qarışdırmıram, əksinə hər şeyin bir-biri ilə əlaqəli olduğunu düşünürəm. Yazdıqlarımı səhv başa düşdüyünüz "Peyğəmbər sünnəsi ilə, Əhli-beyt sevgisi ilə, təvəssüllə düşmənçiliyinizi..." deməyinizdən anlaşılır. Çünki mən nə sünnəyə, nə də Əhli-beyt sevgisinə düşmən deyiləm, belə bir şey ya da bu mənaya gələn bir şey yazmamışam şərhimdə və əksinə tərəfdarıyam. Sadəcə olaraq təqlidçiliyə, fanatizmə, radikalizmə qarşıyam və hər şeyin Qurani Kərimə, fitrətə, ağıla və məntiqə uyğun olaraq dəyərləndirilməsindən bəhs edirəm.
Müəllif: rashad | 30 Mart, 2017 18:32| Ответ на #5239
Ayrıca, digər alimlərin sadəcə bu mövzu ilə əlaqədar fikirlərini qəbul etmirəm və başqa mövzularda da fikirlərini qəbul edə və etməyə bilərəm. Çünki onlar da bizim kimi insandır, yazdıqları da Qurani-Kərim deyil, insan ağılları ilə, bilikləri ilə və başa düşdükləri qədər şərh ediblər. Günümüzdə də çox alim insanlar və yazdıqları kitablar var. Alimləri və fikirlərini mütləq düzgün qəbul etmək düzgün deyil. Çünki dinin əsas mənbəyi Qurani-Kərimdir.
Məzhərlərin ortaya çıxışını təbii bir hal kimi qəbul edirəm, amma hansısa məzhəbə bağlanıb araşdırmadan təqlidi yaşamağa qarşıyam.