POPULYARXƏBƏRLƏR

Hər dərdin dərmanı olan sözlər

Əziz qardaşım! Əziz bacım!

Əgər dadına çatan, köməyinə yetən, harayını eşidən yoxdursa...

Əgər çətinliklərin nəhəng girdabında dalğadan-dalğaya atılan tənha qayıq kimi gözün sahili axtarırsa... Bataqlığa düşmüş adam kimi sənə uzanacaq əl sorağındasansa... Hər yerdən və hər kəsdən ümidin üzülübsə... O zaman Onun yardımına sığın, “ya Müğis” deyə, Onu çağır!

Əgər evdə əlacsız xəstən varsa... Canından çox sevdiyin əziz adamın gözünün qarşısında əriyib-gedirsə... Təbiblərin dərmanı, həkimlərin əlacı fayda vermirsə... Xəstəni sağalda biləcək son ümid yerin olan məlhəmi almağa pulun yoxdursa... O zaman Onun şəfa qapısına üz tut, “ya Şafi” deyib dua et!

Əgər günahlarını yada saldıqca gözün qaralır, qəlbin sıxılırsa... Cəhənnəmin istisini öz bədənində hiss edirmiş kimi qovrulursansa... Əgər vicdanının məhkəməsi qarşısında boynunu büküb durduqca heç zaman bağışlanmayacağına yəqinliyin daha da artırsa... Insanların üzünə baxmaqdan utanırsansa... O halda “ya Ğəfur” deyə pıçılda!

Əgər bütün qapılar üzünə qapanmışsa, qulpundan yapışdığın hər iş yarımçıq qalırsa... Əgər bağlı qapıları açmağa gücün, yarımçıq işləri bitirməyə iradən çatmırsa... “Ya Fəttah” deyə haray sal!

Əgər hər kəs səndən uzaq qaçırsa, təsəlli üçün üz tutduğun hər adam öz ürəyinin pəncərəsini sənin üzünə qapayırsa... Özünü dünyada hamıdan tənha, hər kəsdən uzaq hiss edirsənsə... Əzizlərinin laqeydliyi, yaxınlarının uzaqlığı səni üzürsə... “Ya Qərib” söylə, Onun sənə boynundakı şah damarından da yaxın oduğunu duymağa çalış!

Əgər yolların ayrıcında durub işıq axtarırsansa... Gözlərin yolun sonunu bəlirtən işarəni arayırsa... Hər yan vahiməli zülmətə bürünübsə... Bələdçin, yolgöstərənin yoxdursa... Hara getməli olduğunu bilmirsənsə və bir kəsdən öyrənməyə ümidin də qalmayıbsa... Onun çırağını axtar, Onu səslə, “ya Hadi” söylə!

Şübhələrin pəncəsində əzilirsənsə... Doğrunu yalandan, yaxşını pisdən, düzü əyridən ayırmağın meyarını gəzirsənsə... Eyni şeyə biri haqq, o biri batil deyirsə... Güclə qazandığın yəqinliyi bircə şübhə ilə darmadağın edirlərsə... İllər uzunu, bəlkə bir ömür boyu inandığın dəyərlərin puç olduğunu sübut etməyə çalışırlarsa... Bu qarışıqlıqda kimin doğru, kimin səhv dediyini kəsdirmirsənsə... Üzülmə, “Ya Mubin” deyə, Onu səslə!

Səhərdən axşama kimi bir qarın çörək üçün əlləşib-vuruşursansa, amma yenə qazancın bəs etmirsə... Ayın sonunda aldığın məvacib vacib ehityaclarının yarısına da çatmırsa... Təmirə ehtiyacı olan evinin divarlarına, övladının cırılıb-dağılmış ayaqqabılarına, həyat yoldaşının əynindəki rəngi getmiş gödəkcəyə baxıb xəyallara dalırsansa... Harada ucuz taparam deyə, eyni mal üçün dükanları gəzirsənsə... “Ya Rəzzaq” deyə əllərini Onun dərgahına aç!

Əziz adamını uzaq səfərə, yeganə oğlunu hərbi xidmətə yola salmısansa... Onun nigarançılığı ilə ürəyin çırpınırsa... Hər dəfə qapı döyüləndə, telefon zəng çalanda bəd xəbər olmasın deyə, o biri dünyanı görüb-gəlirsənsə... Televizor ekranından təbii fəlakətlər, qətllər, xəstəliklər, bədbəxt hadisələr, yol qəzaları haqqında görüntüləri seyr edəndə üzülürsənsə... Qorxma, Onu səslə, “ya Hafiz” de!

Əgər qorxduğun birisi varsa... Təzyiqlərdən, təhdidlərdən, təqiblərdən cana doymusansa... Zəifsənsə, səni əzirlərsə... Haqlı olduğun halda səni təkləyib haqsız çıxarırlarsa... Hüququnu tələb edəndə ağzından vururlarsa... Gen dünyanı başına dar edirlərsə... Şər, böhtan, zülm, həqarət halqasında əsir olmusansa... Sənə zülm verənləri yerlə-yeksan etməyə gücü çatan qüvvəni çağır – “ya Qahir” deyə.

Sevgiyə tamarzısansa... Səmimiyyət gözləyəndə xəyanətlə üzləşirsənsə... Sevgi ilə qucaq açıb gəldiyin zaman nifrət divarı qarşını kəsirsə... Nəvaziş, təsəlli, doğmalıq, təbəssüm axtarışında gəzirsənsə... Sənin göz pəncərəndən boylanıb ürəyinə ilıqlıq gətirəcək baxışlara, saçını tumarlayacaq əllərə, qulağını oxşayacaq xoş sözlərə hava kimi, su kimi ehtiyacın varsa... Hüdudsuz məhəbbətin ünvanını ara, “ya Rəuf” deyə Ondan sevgi um.

Öz evində özünü özgə, vətəndə qərib, doğmaların əhatəsində yad kimi hiss edirsənsə... Dünyaya zindan, ölümə qurtuluş kimi baxırsansa... Əsl məskənini axirətdə axtarır, amma günahlarını yada salıb pərişan olursansa... Nə dünyada, nə də axirətdə özünə yer tapa bilmirsənsə... Yaşamağa iradən yoxdursa, ölüb sorğu-sual qarşısında durmağa üzün gəlmirsə... “Ya Rəhmanu ya Rəhim” zikri ilə aram tapmağa çalış.

Əgər bunların hamısını birlikdə istəyirsənsə, bircə dəfə, amma bütün varlığınla “ya Allah” de...



Yerləşdirilib:2 Mart, 2017  12:32, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 2
Müəllif: Nazim | 3 Mart, 2017  07:24
# Ответить
+3


]]>]]>

Allah sizləri dünya və axirətdə sevindirsin.
Müəllif: aynure | 18 İyul, 2017  23:24
# Ответить
0


]]>]]>

allah butun muselmanlari qorusun AMIN
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com