Ərəb dilində küfüv – bənzər, tay mənasnı verir. Qurani-Kərimin İxlas (Qul huvəllah) surəsinin axırıncı ayəsində buyurulur: “Və ləm yəkun ləhu kufuvən əhəd”. (Onun heç bir tayı-bərabəri (bənzəri) yoxdur). Həmçinin, şəriətdə izdivacla bağlı kitablarda qeyd edilib ki, evlənən şəxslərin bir-birinə küfüv, yəni tay olmaları bəyənilən haldır. Yəni evlənən kişi ilə qadın iman, düşüncə, sosial təbəqə, savad və sairə baxımından bir-birinə uyğun olsalar, qurulan ailə daha möhkəm olar. Çünki ailə üzvləri bir-biri ilə ünsiyyətə qane olarlar. Amma əgər ortada ciddi fərqlər olsa, aralarındakı münasibətlər möhkəm olmaz və hətta ailənin dağılmaq ehtimalı yaranar.
Heqiqeten de eledir,mushahide olunub ki,kendli sheherli,ali savadli savadsiz,kasib varli ile evlenende prablemler yaranir...Kim deyir ki,"sevgi hell eder." yalan deyir,inanin bow sozdur,ele belke sevgiyle evlenenlerdir,hamisi bowanir,esas mentiqle duwune bilmek,her cehetden uygunluq ve hormetdir.Hele bundan da beteri var,vay o gunden ki,dinsiz dindari ile evlene,o ailede daim ixtilaf olacaq,biri namaz qilanda digeri bashlayacaq deyinmeye,oruc tutanda anlayish gostermeyecek ve s...Eqide meselelerinde daha diqqetli olmaq lazimdir,ayri mezheblerden olan insanlar evlenmek isteyirse yuz qat artiq dushunsunler.....