QƏZƏL.
.
Olsun mənə yoldaş kim əgər Haqqa bələddir,
Çün Haqqa bələd nabələdin zülmünə səddir.
.
Bir kəsdə ki, ancaq ola iman, ola təqva,
Neylər bu cahan mülkünü ? Cənnət ona vəddir.
.
Mə'sum olan on dörd nəfərin nuruna hətta,
On dörd gecəlik ay və günəş hüsnü həsəddir.
.
Bir şükr eləyən bəxtsizə bədbaxt demə əsla!
Bədbaxt o adamdır ki, onun niyyəti bəddir.
.
Haqdan dönən ölmün danır, həddin aşır amma,
Dərk etməyir ölmün özü hədsizliyə həddir.
.
Eşq anlamayan kəs, sənə Haqq vermədi sevda,
Eşqsiz ürəyin daş, dəxi cisminsə cəsəddir.
.
Haqqın yazan haqqında məhəbbət dolu misra,
Haqqın qulu, Haqqın tanıyan Vasif Əsəddir.
.
(müəllif- özüməm)