Oxucu sual verir: Təkbir, təhlil, təsbih sözlərinin mənası nədir?
Bu terminlərə, əsasən, dua və hədis kitablarında rast gəlirik.
Təkbir, yəni böyütmək, böyüklüyünü təsdiq etmək – dini termin olaraq “Allahü əkbər” kəlməsini söyləməyə deyilir.
Təhlil – “la ilahə illəllah”, yəni “Allahdan başqa tanrı yoxdur” cümləsini dilə gətirməkdir.
Təsbih, yəni müqəddəsləşdirmək isə “sübhan Allah” kəlməsini söyləmək mənasında başa düşülür.