Bir dəfə ustad tələbələrinə sual verdi:
- Allah varmı?
Tələbələr hamısı cavab verdi:
- Əlbəttə, var!
Ustad buyurdu:
- Cavab səhvdir.
Tələbələr yenə də birlikdə “Yox” cavabı verdilər. Amma ustad bu dəfə də dedi:
- Yox, siz yenə də səhv etdiniz.
Çaş-baş qalan tələbələr soruşdular:
- Bəs düzgün cavab hansıdır?
- Cavab yoxdur!
- Axı niyə?
- Çünki sualın özü yoxdur. Əgər Allah haqqında bir söz deməyə qadir deyiliksə, əgər Onu dərk etmək insan oğlunun imkanları xaricindədirsə, o zaman Allah haqqında necə sual verə bilərik?