“Müstədrəkül vəsail” və “Məkarimul əxlaq” kitablarında rəvayət olunmuşdur ki, İmam Səccad (ə) üçün bir iş (çətinlik) qabağa çıxdıqda ən təmiz paltarını geyib, dəstəmaz alıb evin ən uca yerində durub iki dəfə iki rükətli namaz qılardı.
Birinci namazın birinci rükətində “Həmd”dən sonra “Zilzal”, ikinci rükətdə isə “Həmd”dən sonra “Nəsr” surəsini oxuyardı. İkinci namazın birinci rükətində “Həmd”dən sonra “Kafirun”, ikinci rükətdə isə “Həmd”dən sonra “İxlas” surəsini oxuyardı. Namazı qurtardıqdan sonra əllərini göyə qaldırıb deyərdi:
“Əllahummə inni əsəlukə biəsmaikəlləti iza dəəytə biha əla məğaliqi əbvabis-səmai lil fəthin-fətəhət və iza dəəytə biha əla məzaiqil ərəziynə lil fərəcin-fərəcət. Və əsəlukə biəsmaikəlləti iza dəəyta biha əla əbvabil usri lil yusri təyəssərət. Və əsəlukə biəs-maikəlləti iza dəəytə biha ələl quburi lin-nuşurin-təşərət səlli əla Muhəmmədin və Ali Muhəmməd. Vəqlibni biqəzai hacəti”.