Şiə oğlanın sünni qızla evlənməsinə icazə verilirmi?
Oxucu sual verir: Şiə oğlanın sünni qızla evlənməsinə icazə verilirmi?
Bu cür evlilik alimlərin böyük əksəriyyəti tərəfindən icazəli sayılır. Evlilik şərtlərindən biri də tərəflərin hər cəhətdən bir-birinə uyğun və tay olmaları, eləcə də, zor və təzyiqə məruz qalmamalarıdır. Müxtəlif məzhəb mənsubları arasında evlilik zamanı da əqidə azadlığını qorumaq əsas şərtlərdən biridir. Ailə üzvü öz məzhəbini qarşı tərəfə zorla qəbul etdirməməli, onun inancını təqib etməməli, doğulan uşağın yetkinlik yaşından sonra öz inancını sərbəst surətdə seçməsinə maneçilik törətməməlidir. Həmin şərtlər daxilində bu cür evliliyə icazə verilir.
"Şiə oğlanın sünni qızla evlənməsinə icazə verilirmi?" adlı mövzunun müzakirəyə çıxarılması ayıbdır. Xristianlar müsəlmanlara qarşı mübarizə aparmaq üçün ən yüksək səviyyədə birləşirlər, müsəlmanlar isə məzhəblərə parçalanmaqla məşğuldurlar. Bu, bir qədər Amerikanın yaratdığı Əlqaidəyə və İŞİD-ə də oxşayır, Xomeyninin yaratdığı "İran şiəsi"nə də. Allah Sabirə rəhmət eləsin!
Elə belə şeylərə görə "müsəlmanlardan qorxurdu". Düz də edirdi. O vaxtdan 100 ildən çox keçməsinə baxmayaraq, hələ də oyanmamışıq.
Hörmətli oxucu! Siz ya düşünülmüş surətdə bunu başqa istiqamətə yönləndirirsiz, ya da nə dediyinizi anlamırsız.
Əvvəla, yazıda yazılmayıb ki, olmaz filan, açıq yazılıb ki, olar və insanlar bir birinə zorla öz əqidəsini qəbul etdirməməlidirlər. Yəni elə siz deyəni yazırıq.
Və ikincisi, bunu ona görə yazırıq ki, təəsüflər olsun hələ də başqa cür düşünən, fərqli məzhəbə düşmən kimi baxanlar mövcuddur. YAzı bunun əleyhinədir. Burda bizi ittiham etməli heç bir məqam yoxdur. Mövcud reallığa qiyməy verilib