POPULYARXƏBƏRLƏR

Əl altında möhür olmayan vaxt necə namaz qılmaq lazımdır?

Oxucu sual verir: Əl altında möhür olmayan vaxt necə namaz qılmaq lazımdır?

Əgər namaz qılınan yerdə möhür yoxdursa, bir neçə yolla çatışmazlığı aradan qaldırmaq olar. Məsələn, namaza başlamazdan əvvəl həyətdən bir az torpaq, qum gətirmək, canamazın üstünə təmiz parça ya kağız qoyub, həmin torpağı onun üstünə səpmək və üzərinə səcdə etmək mümkündür. Yaxud namazdan əvvəl balaca bir daş, kərpic qırığı, saxsı parçası tapıb, onun üzərinə səcdə etmək də olar. Əgər bunlar da mümkün olmasa, təmiz kağızın üzərinə də səcdə etməyə icazə verilir. Asfalt (qır) üzərinə də zərurət halında səcdə etmək icazəlidir. Bu da mümkün olmasa, insan öz paltarnın ətəyinə və ya paltarın qoluna alnını qoya bilər, o halda ki, paltar təmiz kətandan olsun, yun və ya sintetikadan hazırlanmış olsa, səcdə etmək olmaz. Əlbəttə, bütün bunlar mərhələ ilə, yəni ondan əvvəlki material tapılmadığı halda keçərlidir.



Yerləşdirilib:3 Dekabr, 2015  14:46, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 9
Müəllif: Nurlan | 3 Dekabr, 2015  11:09
# Ответить
-6


]]>]]>

Sehviniz var paltara secde etmek qeti qadağandır ŞURIK)))
Müəllif: administrator | 3 Dekabr, 2015  19:19 | Ответ на #4186
# Ответить
+5


]]>]]>

Zehmet olmasa achin risale oxuyun
Müəllif: administrator | 3 Dekabr, 2015  19:21 | Ответ на #4188
# Ответить
+2


]]>]]>

Istenilen risalede secdesi sehih olan sheyler bolumu
Müəllif: Muslim | 3 Dekabr, 2015  21:57
# Ответить
+2


]]>]]>

Nurlan bəy, salam. Ayətullah Sistaninin risaləsindən bu məsələni oxuyun:
Məsələ 1070: Səcdə səhih olan şey olmasa, yaxud əgər olsa da, soyuq və ya istiliyin şiddətindən onun üzərinə səcdə edə bilmirsə, qıra və zəftə səcdə, o birilərinə səcdədən irəlidir. Amma əgər onların üzərinə səcdə mümkün olmasa, gərək paltarına və yaxud adi halda üzərinə səcdə etmək caiz olmayan hər bir şeyə səcdə edə bilər. Amma ehtiyat-müstəhəb budur ki, paltarına səcdə etmək mümkün olsa, başqa şeylərə səcdə etməsin.
Müəllif: Muslim | 3 Dekabr, 2015  21:58
# Ответить
+3


]]>]]>

Rəyinizdən sonra yazdığınız imza da çox ilgincdir. Əsil adınız nədir axır ki: Nurlan yoxsa Şurik? ))))))))))
Müəllif: Haci | 4 Dekabr, 2015  11:26
# Ответить
0


]]>]]>

Cabir İbni Əbdullah Ənsari deyir:
“Zöhr namazını Peyğəmbərlə (s) qılırdım. Bir ovuc çınqıl götürüb əlimdə saxladım ki, soyusun və səcdə edən zaman alnımı onların üstünə qoyum. Bu da kəskin isti olduğuna görə idi”. Ravi sonra əlavə edir: “Əgər bədəndə olan libasa səcdə etmək caiz (icazəli) olsaydı, bu iş daş parçalarını soyutmaqdan dahada asan olardı.” (Əhməd İbni Hənbəl “Müsnəd ”3c. səh 327), (Sünən Bəyhəqi 1c. səh 439.)
Müəllif: Haci | 4 Dekabr, 2015  11:27
# Ответить
0


]]>]]>


“Peyğəmbər (s) görür ki, bir nəfər (qumun istilyi alnını yandırmasın deyə əmmaməsini alnının üstünə çəkərək) əmmaməsinin üzərinə səcdə edir. Həzrət (s) əli ilə həmin şəxsə əmmaməsini qaldırmağa işarə edir və əmr edir ki,alnını yerə qoysun.” (Əhməd İbni Hənbəl “Müsnəd ”4c. səh 315), (Sünən Bəyhəqi 2c. səh 105), (Əsqəlani “Əl İsabə” 2c. səh 201).
Müəllif: Haci | 4 Dekabr, 2015  11:31
# Ответить
0


]]>]]>


Nafə deyir:
“Abdullah ibni Ömər səcdə edərkən alnındakı parçanı kənara çəkirdi ki, öz alnını torpağa qoysun.” (Sünən Bəyhəqi 2c. səh 105)

Rəzin deyir:
“Əli ibni Abdullah ibni Abbas mənə yazdı: Merva dağının daşlarından bir parçasını mənim üçün göndər ki, ona səcdə edim.” (“Əxbaru Məkkə” 3c. səh 151.)

Bu hədislərdən məlum olur ki, torpağa səcdə Peyğəmbərin (s) sünnəsi, onun səhabəsinin əməl etdiyi elə bir işdir ki, bunu əsla inkar etmək mümkün deyil.
Müəllif: Administrator | 5 Dekabr, 2015  17:53
# Ответить
+3


]]>]]>

Burda mubahise etmeli hansi mesele var? Axi yazildi ki, eger mohur, torpaq, kaqiz ve sair secdesi icazeli sheyler olmasa!!!!! Olmasa!!!!! Olsa beli, onlara. Amma olmasa..!!!! Xahish edirik biliklerini numayish etdirmek arzusunda olanlar bu sozu diqqetle oxusunlar: OLMASA!!! Sonra da gedib o yazilan hedisleri bizden de yaxshi bilen muctehid ve mercei teqlidlerin risalelerini oxusunlar!!
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Noy.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30      
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com