Sinif səs-küydən dağılarkən, sərt görünüşlü müəllim içəri girir, sinifə bir qaş-qabaqlı baxış salıb kürsüyə keçir. Təbaşirlə löhvəyə "1" rəqəmi yazır.
"Baxın" deyir: "Bu insanlıqdır. Həyatda sahib ola biləcəyiniz ən dəyərli şey."
Sonra "1"in yanına "0" yazır: "Bu uğurdur. Uğur qazanmış insan 1-i 10 edir."
Bir "0" da artırır: "Bu təcrübədi. 10 olduğunuz vaxt 100-ü qaldırar sizi."
Beləliklə, "0"lar uzanıb gedir.
"Bacarıq... Ciddiyyət... Sevgi..."
Əlavə olunan hər "0"ın insanı 10 dəfə daha artıq zənginləşdirdiyini uşaqlara izah edir. Sonra əlinə silgini alır və əvvəldəki "1"i silir. Demək istədiyi son fikri çatdırır:
"İNSANLIĞINIZ YOXDURSA,O BİRİLƏR HEÇ BiR MƏNA VERMƏZ."