Oxucu sual verir: Nə üçün Həzrət Əlinin (ə) oğullarından birini “Mühəmməd ibn Hənəfiyyə” adlandırırlar?
Mühəmməd ibn Hənəfiyyə İmam Əli ibn Əbu Talibin (ə) üçüncü oğludur. Anası Bəni-Hənif qəbiləsindən olan Xovlə bint Cəfərdir. İslam.az-ın məlumatına əsasən, onun 633-cü və ya 637-ci ildə doğulduğunu qeyd etmişlər.
Tarix kitablarında yazıldığına görə, Xovlə ilə bir çox adlı-sanlı müsəlmanlar evlənmək istəmişdilər. Lakin Xovlə onların heç birinin təklifini qəbul etməmiş, İmam Əlidən (ə) eşitdiyi qeybi bir xəbər üzündən onun həyat yoldaşı olmağa razılıq vermişdi. Bu izdivacın nəticəsində Mühəmməd doğulmuş¬du. Anası Bəni-Hənif qəbiləsindən olduğu üçün ona “İbn Hənəfiyyə” (Hənifli qadının oğlu) ləqəbi ilə müraciət edirdilər. Künyəsi Əbül-Qasim idi.